Daxili Işlər Nazirliyinin Insan Alverinə Qarşı Mübarizə Baş Idarəsinin rəisi Cavad Şıxəliyev vəzifəsindən çıxarılıb. Artıq bu vəzifəyə kimin təyin olunduğu da bəllidir.
“AzNews.az”ın məlumatına görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində rəis müavini olmuş polkovnik Şərif Əsədullayev Ramil Usubovun imzaladığı sərəncamla Insan Alverinə qarşı Mübarizə Idarəsinin yeni rəisi təyin edilib. Şərif Əsədullayev dünən kollektivə təqdim olunub. Onu da qeyd edək ki, Şərif Əsədullayev Qafqaz Müsəlmanları Idarəsinin sədri Şeyxülislam Hacı Allahşürür Paşazadənin qohumudur.