Moskvada keçmiş “Çerkizovsk” bazarının yerində ofis-idman mərkəzi yaratmaq qərara alınıb. Virtualaz.org saytı Rusiya qaynaqlarına istinadən xəbər verir ki, Moskva merinin şəhərsalma siyasəti və tikinti işləri üzrə müavini Marat Xusnullin bu barədə bildirib. “Çerkizovsk” bazarı Azərbaycan əsilli yəhudi milyarder Telman İsmayılova məxsus idi. Putinin göstərişi ilə bazar 2009-cu ildə bağlanıb və sökülüb. Onun sahibi barəsində cinayət işi qaldırılandan sonra Türkiyəyə uçub. Moskva meriyası bazarın sökülməsindən sonra boşalan hektarlarla ərazidən necə istifadə etmək üzərində baş sındırırdı. Nəhayət ərazidə çoxsaylı ofis binaları və idman kompleksləri inşa etmək qərarlaşdırılıb. Meriyada hesab edirlər ki, ərazi bu layihə üçün əlverişlidir. Çünki Moskva Dairəvi Avtomobil Yolunun və iki metro stansiyasının yaxınlığında yerləşir.