Bakının ən varlı rayonılarından biri olan Səbail rayonunda bələdiyyə sədri rüşvət almaq ittihamı ilə həbs edilib.
Bu barədə ANSPRESS agentliyinə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, vətəndaşlar Almas Xəlilov və Arif Şamilov martın 28-də Baş Prokurorluğun “Qaynar xətt” mərkəzinə müraciət edərək, Səbail rayonunda bələdiyyə rəsmilərinin onlardan rüşvət istədiyini bildiriblər. Onlar qeyd ediblər ki, hələ 2007-ci ildən məhkəmə onlara fərdi ev tikmək üçün bu rayonun ərazisində 0,06 ha torpaq sahəsi ayrılması barədə qərar çıxarıb. Amma Səbail bələdiyyəsinin sədri Mübariz İbrahimov, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin Ərazi Tikinti Torpaq Komissiyasının sədr müavini Cavid Həsənov vasitəsilə onlardan torpaq sahəsi üçün 10 min manat rüşvət tələb edir.