Mətə Çubukçu: «Bu proseslər Qafqaza və Orta Asiyaya da yayılacaq»
«Bu dalğa bu gün olmasa da, sabah diktaturaların hamısını silib-süpürəcək»
NTV kanalının xəbər müdiri Mətə Çubukçuya görə, son ay yarımda Türkiyədə jurnalistlərin həbs edilməsi önəmli qırılma nöqtəsi oldu.
“Jurnalistlərin həbsinə Avropadan və ABŞ-dan verilən reaksiyaları ciddi analiz etmək lazımdır. Çünki Avropa Birliyi 2005-ci ilə qədər Türkiyə haqqında müsbət raportlar verəndə də əsas kriteriyaları nəzərə alırdı, indi mənfi raport verəndə də eyni kriteriyalara istinad edir. Ona görə də hökumətin kənardan verilən açıqlamalara beynəlxalq kriteriyalar üzərindən yanaşması lazımdır”.
“Orta Şərqdəki köhnə sistem artıq relsdən çıxmışdır. Bu proseslərdə geriyə dönüşün olması mümkün deyildir. Mən yaşanan hadisələrin Orta Şərqlə məhdudlaşacağını düşünmürəm. Bəlkə sabah, birisi gün nəsə olmaya bilər. Ancaq bu ruh halı, insanların üsyan ovqatı başqa coğrafiyalara da yayılacaqdır. Bu, tarixdəki növbəti qırılma nöqtələrindən biridir. 1989-da diktatorları silib-süpürən proseslər indi ərəb dünyasında yaşanır. Diktaturaların simasını insanların qorxu divarlarını yıxmasından sonra gördük. Məncə, bu proseslər Qafqaza və Orta Asiyaya da yayılacaq. Sabah olmasa da, birisi gün bunu görəcəyik”.
İnformasiya şöbəsi