Təşkilat Qbaqbo qoşunlarının hərəkətlərini bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirdi; Müxalifət paytaxtı ələ keçirdi
Fil Dişi Sahilində beynəlxalq aləm tərəfindən prezident kimi tanınan Alassan Uattarın silahlı tərəfdarları daha iki şəhəri ələ keçiriblər. “France Presse” agentliyinin verdiyi məlumata görə, müxaliflər paytaxt Yamusukro və dəniz limanı San-Pedronu nəzarətə götürüblər.
Seçkilərdə uduzmuş prezident Loran Qbaqbonun tərəfdarları Uattar tərəfdarlarının gəlişindən əvvəl Yamusukronu tərk ediblər. Qəti qələbə üçün ölkənin maliyyə mərkəzi Abican şəhərini də ələ keçirmək lazımdır. Şəhərin böyük hissəsinə Qbaqbonun qoşunları nəzarət edir. Alassan Uattar da 800 tərəfdarının əhatəsində Abicandakı bir oteldədir. Otel Qbaqbonun dəstələri tərəfindən mühasirədə saxlanılır. Müxaliflər Qbaqboya şəhəri könüllü təslim etməyi təklif ediblər.
Qbaqboya bağlı polis dəstələri ölkənin qrəbindəki bir kəndə Qərbi Afrikadan olan 37 mühaciri qətlə yetirməsiylə bağlı xəbərlər yayılıb. Bölgədə fəaliyyət İnsan Haqları Təşkilatının və şahidlərin sözlərinə görə, martın 22-də Qbaqbonun əmrindəki polis qüvvələri kəndliləri, afirkalı mühacirləri Alassan Uattarani dəstəklədikləri üçün qətlə yetirib.
BMT TŞ Loran Qbaqboya qarşı qətnamə qəbul edib. Fransa və Nigeriyanın hazırladıqları qətnamə Qbaqbonu Uattaranın prezidentliyinin qanuniliyini qəbul etməyə çağırır. Qbaqbonun, onun arvadının və yaxın ətrafının xaricə getməsi qadağan edilib. Qətnamə Qbaqbo qoşunlarının hərəkətlərini bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirib.
Qbaqbonun sağ əli qaçdı
Dünən axşam saatlarında isə iqtidardan əl çəkmək istəməyən Loran Qbaqbonun sağ qolu ölkənin silahlı qüvvələrinin baş qərəgah rəisi Flip Manqo müxalifətin etirazlarından və paytaxtdakı mühüm məntəqələri ələ keçirdikdən sonra Cənubi Afrikanın Fil Dişi Sahilindəki səfirliyinə sığınıb.
CAR Xarici İşlər Nazirliyindən yayılan açıqlamada bildirilib ki, Manqo həyat yoldaşı və 5 övladıyla birgə səfir Zodva Lallinin Əbicandakı iqamətgahına yerləşib.
Qeyd edək ki, ötən il keçirilən seçkilərdə müxalifətçi Uattarın minimal üstünlüklə qələbə qazanmasından sonra Fil Dişində faktiki olaraq vətəndaş müharibəsi başlayıb. Loran Qbarqo seçkinin nəticələrini tanımayıb. Beynəlxalq aləm isə Alassan Uattarı legitim prezident kimi qəbul edir.
İnformasiya şöbəsi