Deputatın II qrup əlilə mülk sitəmi faciə ilə bitdi
Azərbaycanın xəbər məkanı səhərini dəhşətli xəbərlə açdı. Binə Ticarət məkrəzindəki alovun közü təzəcə söndürdü ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) önündə bir Qarabağ qazisi – Zaur Həsənov özünü yandırdı. Şahidlərin sözlərinə görə, o üstünə bezin tökərək, bu amansız canınaqəsdi törədib.
O, hazırda ağır vəziyyətdə xəstəxanada yatır. 5 uşağ atası olan Qarabağ qazisinin sağlamlığı geri qayıdacaq, qayıtmayacaq, Allahın lütfünə və tibbin kəramətinə bağlıdır. Biz də onun sağalmağın arzu edək. Bəs onu bu qəsdə vadar edən nədir? Hətta sağlıq ona nəsib olsa, yanğının səbəbləri aradan qalxmasa bu, faydasız bir şeydi.
Gözlənilən bir qəsdin tarixçəsi
Ondan başlayaq ki, bu özünə qəsd ani emosional vəziyyətin nəticəsi deyil. Zaur Həsənov uzun müddət idi ki, bu işi görəcəyini bəyan edirdi. Təqribən 20 gün əvvəl onun belə bir iş görəcəyini “Azadlıq”a da çatdırmışdılar. Bəndəniz bu qorxulu hadisənin önünü almaq üçün “facebook”da qeyd yazaraq hər kəsi köməyə çağırmışdı. Buna görə də özünü yandırma baş tutmamışdı, polis onu önləmişdi.
“Bizim Yol” qəzetinin müxbiri İdrak Abbasov Həsənovla iki ay əvvəl etdiyi telefon danışığını da dünən ictimailəşdirib. O söhbətdə də Həsənov cana doyduğunu, pozulan hüququnu bərpa etməkdə aciz qaldığını deyərək özünü yandıracağını bildirir. Jurnalist onu təmkinli olmağa, hüquqi yollardan istifadə etməyə dəvət edir, lakin Həsənov bütün qanunların pul qarşısında qüvvəsiz olduğunu söyləyir.
“Azadlıq”da onun fəryadı hələ iyundan eşidilirdi
Zaur Həsənovu cana doyduran şəxs Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri, deputat Sətdar Mehbalıyevdir. Yada salaq ki, Səttar Mehbalıyev Prezident Adminiastrasiyasında şöbə müdiri Əli Həsənovla qudadır.
Zaur Həsənovun Səttar Mehbalıyevlə münaqişəsi barədə ilk olaraq hələ 30 iyunda “Azadlıq” olaraq məqalə yaymışdıq.
“Azadlıq”a açıqlamasında Zaur Həsənov 1995-ci ildə dəniz kənarında istifadəsiz bir ərazini abadlaşdırdığını, orada çay evi açdığını söyləmişdi: “Həmin əraziyə aid bələdiyyədən sənədim də var. Amma ötən ildən mənə Azərbaycan Həmkarlar İttifaqının sədri, millət vəkili Səttar Mehbalıyev tərəfindən təzyiqlər başlayıb. Keçən il onlar məni oğurlayıb bir bağa apardılar, obyektimdən çıxmağı tələb etdilər. Daha sonra məhkəmə oldu. Məhkəmənin qərarına əsasən bələdiyyənin sənədi qanunsuz hesab edildi və çay evimi sökdülər. Onlar sökəndən sonra mən yenidən tikdim. Orada mənim obyektimdən başqa bir neçə obyekt də var. Ancaq bunlar təkcə mənim çay evimi sökürlər”.
Z. Həsənov obyekti yenidən tikib istifadə etsə də, bu il yenidən problemlər başlayıb. Mayın 27-də Z.Həsənov S.Mehbalıyevlə görüşüb: “Səttar Mehbalıyev mənə bildirdi ki, heç nə etmə, obyektin sökülməsinə razı ol. Həmkarlar İttifaqı tərəfindən müqavilə verib səni işlə təmin edəcəm. Artıq obyektim sökülüb və hasara alınıb. Mən yenidən Səttar Mehbalıyevlə görüşdüm, dedim ki, mənə müqavilə verəcəyinizə söz verdiniz, amma hələ də mənə heç bir sənəd təqdim etməmisiniz. O da bildirdi ki, sənə müqavilə verə bilmərəm, 1500 manat pul verərəm. Mən də bununla razılaşmadım. Artıq bu qanunsuzluqlara dözə bilmirəm. Aclıq elan edəcəm. Qarabağ əlilinə qarşı niyə belə davranırlar?”.
Elə həmin məqalədə Z.Həsənov bu barədə ölkə prezidentinə müraciət etsə də, heç bir cavab almadığını deyərək, iyulun birindən uzun müddətli aclıq aksiyasına başlamağa qərar vermişdi.
“Azadlıq”ın 5 iyul sayında dərc oluna məqalədə aclıq keçirən II qrup Qarabağ əlili Həsənovun səhhətinin pisləşdiyi göstərilirdi. Qarabağ əlili “Azadlıq”a açıqlamasında bildirmişdi ki, qan təzyiqi düşüb, baş gicəllənmələri başlayıb. Buna görə də ailəsi iki dəfə təcili tibbi yardım çağırmaq məcburiyyətində qalıb: “Həkimlər səhhətimin təhlükədə olduğunu söylədi, qəbul etməli olduğum dərmanları qəbul etməkdən imtina etdim. Lakin aclıq aksiyasını dayandırmaq niyyətim yoxdur. Hətta ölüm riskini də nəzərə almayacağam. Bu dörd gün ərzində bir nəfər də vəzifəli şəxs qapımı açmayıb, niyə aclıq etdiyimi soruşmayıb. Qarabağ döyüşlərində ermənilər məni öldürə bilmədilər, ancaq Respublika Həmkarlar İttifaqının sədri, millət vəkili Səttar Mehbalıyevin qanunsuz hərəkətləri mənim axırıma çıxacaq”.
Qarabağ döyüşçüsü aclıq aksiyasına qatılanların artacağını da demişdi: “Bizə deyirlər ki, siz daha heç kimə lazım deyilsiniz. Bütün dünyada torpaq uğrunda döyüşən insanlara hörmət qoyulur. Lakin Azərbaycanda Qarabağ əlillərinə hörmət yoxdur. Buna görə də haqqımızı aksiya ilə tələb etmək məcburiyyətindəyik”.
“Məni stula bağlayıb döydülər. Dedilər, səni narkotiklə basarıq içəri, ömürlük gedərsən”
Sonra mediaya Zaur Həsəov daha dəhşətli faktlar açıqladı: “2012-ci il, iyunun 11-də obyektimi sökdürüb yerlə-yeksan elədi. Ermənilər bizi evlərimizdən necə çıxarıb dağıtmışdılar, eynən onun kimi, Mehbalıyev də mənim çörəyim çıxan yeri belə elədi. İyunun 14-də təzədən başladım işlərimi düzüb-qoşmağa. Çayxananı bərpa edib yenə də işlətdim. İyunun 17-də evimə getdiyim yerdə iki kişi mənə hücum elədi. Əl-qolumu bağlayıb atdılar məni maşının baqajına. 30-40 dəqiqə sonra maşın dayandı. Məni yerə salıb ölümünə döydülər. Yarımcan hala düşmüşdüm. Məni bu halda stula bağlayıb yenə döydülər. Dedilər ki, bax, səni narkotiklə basarıq içəri, ömürlük gedərsən, sən kimsən ki, bizim üçün, son sözünü de. Döyülməkdən halım yox idi. Dedim a kişilər, mən ermənidən qorxmadım, sizin qarşınızda əyiləcəm, sizin kimi dılğırdan qorxacam? Bu vaxt sifətimə daha bir yumruq zərbəsi gəldi, huşumu itirdim. Sonra ayıldım ki, “Koroğlu” metrosunun yanındayam. Gətirib atmışdılar ora. Bilmirəm bu deputatlar mafiozdur, qumarbazdır, yoxsa qoçu, adam öldürən. Yenidən iyunun 27-də Səttar Mehbalıyevin qəbuluna getdim. Dedi sənə dəyən zərəri, haqqını verəcəm. Ona inandım. Dostlarım dedi inanma. İnandım ki, yoldan keçən biri deyil, bu boyda millət vəkilidir. Gördüm bir ay səs-səmir yoxdur. Yenidən iyulun 29-da köməkçisi İlyasla görüşdüm. Mənə 1500 manat pul təklif etdi. Qəbul etmədim. O pulla mən nə iş görə bilərdim, xəstə adamam. Səhər ölsəm, uşaqlarım necə olacaq? Ölkə başçımız İlham Əliyev deyir əlillərə diqqət, qayğı ilə yanaşın. Budurmu diqqətləri, qayğıları? Mən vətən yolunda canımdan keçmişəm, sağlam orqanım yoxdur. Hüquqlarımız isə ayaqlar altında tapdalanır”.
“Niyə mənim balalarımı yurdsuz, çörəksiz qoyursuz”
Jurnalist Aygün Muradxanlı bu qəsddən sonra “facebook”unda Qarabağ qazisi ilə bağlı bir status paylaşıb. O yazır: “Özünü yandıran Qarabağ qazisi Zauru iyulun 22-də prezident administrasiyasının qəbul otağında görmüşdüm. 4 balası ilə ədalət axtarmağa gəlmişdi… Şikəst ayağını göstərib “mən canımı, sağlamlığımı bu torpağa bağışlamışam, siz onun üstündə hakimsiz, niyə mənim balalarımı yurdsuz, çörəksiz qoyursuz” deyib dad çəkirdi. Qazini özünü yandırmaq həddinə gətirən şəxsiyyətsiz, nadan, qudurmuş məmurlar ölkəsidi Azərbaycan”.
Qarabağ qazisini iğtişaş yaratmaqda ittiham edə bilərlər?
Hadisə Azərbaycan sosial şəbəkələrinin əsas müzakirə mövzusu olub. “Narazıyam” adlı facebook səhifəsi hadisə ilə bağlı sorğu keçirib. Sosial şəbəkə istifadəçilərindən soruşulub: “Bakıda bu gün səhər bir Qarabağ qazisi bir deputatın haqsızlığından təngə gələrək özün yandırıb. Allah ona şəfa bəxş etsin. Sizə bu hadisənin davamı ilə bağlı sualımz var. Sizcə bir neçə günə nə baş verəcək?
1) Deputatı məsuliyyətə cəlb edəcəklər
2) Qarabağ qazisinə ermənilərə işləyir ittihamı verəcəklər
3) Qarabağ qazisini sağaldıb, ona ölkədə iğtişaş yaratma maddəsi ilə cinayət işi qaldıracaqlar
4) Qazi dünyasını dəyişəcək, yaxınları çıxıb TV-də “prezidentin budan xəbəri yoxdur, Allah onun canın sağ etsin” deyəcək
5) və s..
İstifadəçilərin demək olar hamısı birinci bəndi istisa ediblər. Rəyi soruşanlardan gələn cavablar arasında belələri var: “Deyəcəklər ki, psixi pozğunluğu vardı; İntiharın ya psixoloji durumla, ya da ailədə baş verən dava-dalaşdan sonra baş verdiyini söyləyəcəklər; Ailə üzvləri bu hadisəni işıqlandırdığına görə müxalifət qəzetlərinin arxasınca ağızlarına gələni deyəcəklər və sonda şübhəsiz ki, İlhamın canına dua eliyib işi bitirəcəklər, hökumət üzvləri də insan faciəsini siyasiləşdirdiyinə görə müxalifləri əxlaqsız adlandıracaqlar…; Heç reaksiya da verməyəcəklər; Deyəcəklər ki, antimilli ünsürdür…”.
***
Vətədaşların etimalları özünü çox gözlətmədi. Konfederasiya açıqlama yayaraq Qarabağ qazisinin ittihamlarının əsassız olduğunu bəyan etdi.
Zaur Həsənov
Qarabağ qazisi özünü belə yandırdı
Zaur Həsənovun xəstəxanadan ilk görüntüləri
Natiq Güləhmədoğlu
Video: axar.az