Nəqliyyat naziri Ziya Məmmədov yaxın adamının tutduğu bu işdən təşvişə düşüb
Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı, “ZQAN Holdinq”in rəhbəri Bülent Karani “şef”inin narahatlığına səbəb olan addım atıb.
Əldə etdiyimiz məlumatlara görə, o, Dərnəgüldə Nəqliyyat Nazirliyinə aid olan ərazidə Heydər Əliyevlə Ilham Əliyevin plakatı olan reklam şitini sökdürüb. Hadisə bu günlərdə olub. Bu şit vaxtilə Bülent Karani “Azərinşaatservis”in rəhbəri olanda qoyulmuşdu. Indi Ziya Məmmədovun yaxın adamı həmin ərazidə nəsə inşa etmək istəyir. Heydər Əliyevlə Ilham Əliyevin plakatı isə onun işinə mane olduğuna görə sökdürmək qərarına gəlib. Lakin bu addımı heç kimlə məsləhətləşmədən atıb. Ziya Məmmədov olaydan xəbər tutanda bərk narahat olub. Bu məsələnin gizli saxlanılmasını tapşırıb. Onu da bildirək ki, Əliyevlərin plakatının harada quraşdırılacağı hələ bəlli deyil.
İnformasiya şöbəsi