Rusiyanın Dağlıq Qarabağ məsələsinə münasibəti necə olacaq?
Gömrük Ittifaqına daxil olmaq məsələsi Ermənistan mətbuatında bir sıra suallar doğurub. Bu məsələ gündəmə gələndən bəri erməni mətbuatı onu müxtəlif istiqamətlərdə müzakirə edir. Belə bir məlumat da yayılıb ki, separatçı rejim Gömrük Ittifaqına daxil olarsa, Rusiya Dağlıq Qarabağı Gömrük Ittifaqının ərazisi kimi tanıyacaq.
Politoloq Vəfa Quluzadə isə bunu mümkünsüz sayır və Rusiyanın Ermənistanla iqtisadi əməkdaşlığı gücləndirmək imkanında olmadığını söyləyir. Politoloqun sözlərinə görə, bu yalnız əsgəri əməkdaşlıq formasındadır: “Putin Minsk qrupunun həmsədri olsa da, Ermənistanda Gümrü bazasına nəzarət edir. Bu, Minsk Qrupunun həmsədri üçün tamamilə qəbuledilməz bir hərəkətdir. Eyni zamanda, bu, ümumiyyətlə, BMT-nin qərarlarına ziddir. Mən əslində, Minsk ”prosesi”ni qəbul etmirəm, çünki Rusiya orada rəhbərlik edib. Rusiya güclənsə, istədiyini edər. O, işğal olunmuş əraziləri də Ermənistana hədiyyə edə bilər. Rusiya həqiqətən, çar imperiyası kimi ola bilsə, bunu edəcək. Amma Rusiya heç vaxt əvvəlki gücündə olmayacaq”.
Nigar