Xocasən qəsəbəsində maşın vurması nəticəsində ağır xəsarətlərlə xəstaxanaya yerləşdirilənÿvə 22 gündür ki, koma vəziyyətində olan Avropa.info-nun əməkdaşı Sahib Islamov artıq komadan çıxıb. Bu haqda Avropa.info-ya jurnalistin qardaşı Aqil Islamov məlumat verib. Onun dediyinə görə, Sahib Islamov komadan çıxsa da vəziyyəti ağır olaraq qalır.
“Həkim bildirdi ki, artıq komadan çıxıb, amma nitqi ilə bağlı problem yaranıb. Yəni nitqinin bərpa olunması ilə bağlı problem var. Artıq gözlərini açıb, lakin tam şəkildə özünə gəlməyib. Həkimlər onun reanimasiyadan ümumi şöbəyə köçürülməsi üçün tamamilə hissiyatının bərpa olunmasını gözləyirlər. Bundan sonra Sahibin üzərində əsas əməliyyatlar aparılacaq. Şükür Allaha ki, qardaşım yaşayır”.