Təhsil Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin bir təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülmələri ilə bağlı yeni qaydalar hazırlanıb.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, hazırda qaydaların müzakirəsi başa çatmaqdadır. Sənəd təsdiq olunduqdan sonra növbəti ildən tətbiqi nəzərdə tutulur. Qaydalarda tələbələrin köçürülmələrinə dair müəyyənləşdirilmiş şərtlər köçürülmə prosedurunun asanlaşdırılmasına yönəlib.