“O ölkənin adı Azərbaycan. Başındakı despotun adı da İlham Əliyev”
Ölkə başçısı İlham Əliyevin Türkiyəyə son səfər bu ölkənin mətbuatında hələ də müzakirə mövzusudur. Ötən gün “Taraf” qəzeti İlham Əliyevə Ankarada dövlət nişanı verilməsini tənqid edən məqlə dərc edib. Məqalənin müəllifi jurnalist-yazar Ərdal Güvəndir. “Despota dövlət nişanı” başlıqlı məqalədə deyilir:
“Elə bir ölkə ki, Demokratiya İndeksinin dibində: 148 ölkə içində 139-cu. Yəni insan hüquqları, hüquq dövləti-filan hekayə.
Elə bir ölkə ki, Dünya Azadlıq Xəritəsinin qaranlıq qurşağında: Ən pis 7 bal verilən indeksdəki qeydi 5,5 bal. Yəni siyasi hüquqlar və fərdi azadlıqlar haqq gətirə.
Elə bir ölkə ki, Mətbuat Azadlığı İndeksinə görə 179 ölkə içində 156-cı. Yəni , senzura, təhdid, hədə-qorxu…
Elə bir ölkə ki, Beynəlxalq Əfv Təşkilatının (Amnesty İnternational – red) son hesabatında bir diktat (avtoritar, despot – red.) olaraq təsvir edilir. Yəni müxalifətə təzyiq, polis şiddəti, sifarişli həbslər, pis rəftar, işgəncə adi hala çevrilib.
Elə bir ölkə ki, Şəffaflıq İndeksində (Transparensy İnternational – red) yerlərdə sürünür: 176 ölkə içində 139-cu. Yəni rüşvət, korrupsiya diz boyu…
O ölkənin adı Azərbaycan. Başındakı despotun adı da İlham Əliyev.
Bax, o Əliyev “seçki zəfərinin” ardından həftə içində Ankaradaydı. “Seçki zəfərini” hamıdan əvvəl qutlayan prezident Gülün qonağı olaraq. Və ona Türkiyə Cümhuriyyətinin ən nüfuzlu medalı – “Dövlət Nişanı” verildi. İnsan hüquqları, demokratiya, ədalət və azadlıq timsalı olduğu üçün deyil, iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi töhfə üçün. Yəni neft, təbii qaz, boru xətti-filan. Qısası, mənfəət.
Ona görə vicdan siyasetiymiş, etik xarici politikaymış, xalq məşruiyyətiymiş. Qarışdırmayın. Nə yeri, nə zamanı. Mövzu Suriya, ya da Misir, şəxs Sisi, ya da Əsəd deyil.
Mövzu Can Azərbaycan, şəxs də “əziz qardaşımız” Əliyev. Despot-mespot, amma qardaş…