Ancaq Nümayəndələr Palatası cüzi çoxluqla alman dilinin Birləşmiş Ştatların dövlət dili olmasının əleyhinə səs verib
Avraam Linkolnun məşhur Gettisberq çıxışından 150 il sonra amerikalılar öz əcdadlarının etnik müxtəlifliyini yada salır. Almaniyanın “Die Welt” nəşrinin yazdığına görə, ABŞ-da ingilislərin deyil, Mərkəzi Avropadan köçüb gələnlərin nəslindən olanlar üstünlük təşkil edir. Yunionistlər ordusu cənubluları məğlub edəndə sonra Avraam Linkolnun 1863-cü ilin noyabrın 18-də Gettisberq yaxınlığındakı hərbi qəbristanlığın açılışındakı nitqini amerikalı məktəblilər indiyə kim əzbər öyrənir. Bu çıxış Amerika dövlətinin ikici yaranışının ritorik əsasıdır. Əgər vətəndaş müharibəsinə qədər ABŞ özünü millətlər ittifaqı adlandırırdısa, bundan sonra o nəhayət, bir millət oldu.
Iyulun əvvəlində minlərlə amerikalının Gettisberq yaxınlığında bilavasitə döyüş meydanında tarixi döyüşü yenidən canlandırması da simvolik xarakter daşıyırdı. Çünki məhz iyulun 4-də, ABŞ-ın müstəqillik günündə qələbə xəbəri Vaşinqtona çatır. Həmin günü Missisipidə konfederatların qalası olan Viksberq təslim oldu. “Bütün suların atası yenə də maneəsiz dənizə axır” – deyə Linkoln bəyan etdi. Ancaq hər halda Viksberq və Gettisberq yaxınlığında yubiley şənliyi Amerika xalqının təşəkkül tapması yollarının bütün çətinliklərini ifadə edə bilməz.
Birincisi, qiyamçı cənub üzərində tam qələbə yalnız iki ildən sonra əldə edilib. Ikincisi, ABŞ tarixinin ən qanlı müharibəsində təkcə ştatlar deyil, həm də nə vaxtsa qitəyə köçmüş çoxsaylı xalqların nümayəndələri də iştirak edib.
Hər iki tərəfdən münaqişədə hindu qəbilələri iştirak edirdi. Afrikadan gətirilən 180 mindən artıq qul şimallıların tərəfində vuruşurdu, Gettisberqi cənublulardan qoruyan 11-ci korpus isə “alman” korpusu hesab olunurdu. Çünki yunionistlərin bəzi generalları, məsələn, Frank Zigel, yaxud Karl Şurts alman mühacirləri idi.
Mühacir atalardan sonra iyirmi nəsil
Nyu-Yorkda Gettisberqdən sonra əsl üsyan baş verir. Əsasən irlandlardan ibarət olan 50 mindən artıq mühacir müharibəyə getməkdən imtina edir. Bunun ardınca onlar qaradərililəri döyməyə və öldürməyə başladılar (onları iş yerləri uğrunda müübarizədə özlərinə rəqib hesab edirdilər), daha sonra isə şəhərdə yürüş edərək qarşılarına çıxan hər şeyi dağıdırdılar. Hakimiyyət onlara qarşı qoşun çıxarmaq məcburiyyətində qaldı. Bu hadisələr hətta rejissor Martin Skorezen “Nyu-York quldur dəstələri” filminin əsasını təşkil edib.
Avropa ölkələrindən fərqli olaraq ABŞ hər zaman mühacirlər ölkəsi olub və indi də elədir. Amerikalıların əksəriyyəti əcdadlarının haradan olduğunu bilir. Axı mühacirlərin Amerikaya köçməsindən cəmi iyirmi nəsil keçib.
Vətəndaş müharibəsinin həlledici döyüşündə qələbənin 150 illiyi ərəfəsində tarixçilər yenidən bu müharibənin nəticəsində almanların verdiyi töhfə mövzusuna qayıdıb. Onların gətirdiyi rəqəmlər təəccübləndirməyə bilməz: yunionistlər ordusunun əsgərlərinin 23,4 faizi (516 min əsgər) alman köklü olub. Onların 210 mini bilavasitə Almaniyada doğulub.
Zigel özünün 11-ci korpusu ilə Amerika tarixinə uğursuz hərbi əməliyyatları ilə düşsə də, statistika onu göstərir ki, alman köklü amerikalıların 80 faizdən çoxu Şimalın xeyrinə seçim edib. Bununla da almanlar quldar Cənuba qarşı mübarizə aparan ən çoxsaylı xalq olub. Onların kökü isə dərin keçmişə gedir. Hələ 1688-ci ildə Penselvaniyada Almaniyanın Krefeld şəhərindən gəlmiş kvaker və mennonitlər yaratdığı Cermantauna şəhərinin sakinləri quldarlığa qarşı etirazlara qalxmışdı.
2000-ci ildə ABŞ-da əhalinin siyahıya alınmasının nəticələri daha aydın mənzərəni açır: minilliyin astanasında 49,2 milyon şəxs alman köklü olduğunu bildirib. Beləliklə, onlar ölkədə ən iri milli qrupa sahib olduğunu göstərib. Ingilis köklü amerikalıların sayı 26,9 milyon nəfərdir və onlar saylarına görə afroamerikalılar (41,3 milyon), irlandiyalılar (35,5 milyon) və meksikalılardan (31,79 milyon) sonra beşinci yeri tutur.
Mülenberq əfsanəsi
Bütün bunların arxasında çoxsaylı tarixçələr, hətta əfsanələr gizlənir. Onlardan ən məşhuru – Mülenberq əfsanəsidir. Ona inansaq, 1794-cü ildə ABŞ-da Nümayəndələr Palatası cüzi çoxluqla alman dilinin Birləşmiş Ştatların dövlət dili olmasının əleyhinə səs verib. Doğrudur, o zaman söhbət qanunların ingilisi dili ilə yanaşı həm də alman dilində nəşrindən gedirmiş.
Bununla belə, əhalisinin etnik mənşəyi nəzərə alınaraq tərtib edilən ABŞ xəritəsi müxtəlif mülahizələr üçün meydan açır. Ölkənin əksər bölgələrində Almaniyadan gəlmələrin nəticələri (onların sırasına bəzən Qabsburq monarxiyası, Alp və Balkan regionlarından gələnlər də aid edilir) əhalinin böyük hissəsini təşkil edir. Bu ərazi Nyu-York ştatının qərb sərhədlərindən Orta Qərbdən Sakin okeanın şimal sahillərinə qədər (o cümlədən Alyaska) uzanır.
Ingilis əsillilərin belə üstünlüyü yalnız Yeni Ingiltərə və Qayalıq dağları şərq ətəyində müşahidə olunur. Köhnə Cənubda əksəriyyət afroamerikalıdır, Nyu-York ətrafı italyan və irland əsillidir (cəmi 17,5 milyon), Kanada ilə sərhəddə və Yeni Orlean ətrafında əhalinin böyük hissəsini (9,1 milyon) fransız əsillilər təşkil edir. Əhalinin çoxsaylı qruplarından biri isə (19,9 milyon) özünü sadəcə “amerikalı” hesab edir.
Afroamerikalıların və fransızların daha böyük ərazini əhatə etməsi onların əcdadlarının yerlərini tez-tez dəyişməməsi ilə bağlıdır. Ölkənin cənub regionlarında yerləşən meksikalılar isə son illərdə daha çox yerlərini dəyişir. Alman, irland və italyan əsillilərin müxtəlif ərazilərdə yayılmasında da böyük fərq var. Əgər italyanlar əsas ölkənin Şər sahillərində yaşayırsa, almanlar daha böyük əraziləri, Sakit okeana qədər regionları tutub.
“Yumşaq və xeyirxah hökumət”
Ingilisdilli mühitdə irlandiyalı mühacirlər yüzilliklərlə öz vətənlərində də olduğu “ikinci dərəcəli” hesab olunub. Ancaq məhz onların hesabına ABŞ-ın ingilisdilli əhalisi xeyli artıb.
Alman mühacirlər o dövrlər ağır həyat şəraitindən bezərək Almaniyanı tərk edib Amerikaya üz tutublar. Onların Yeni Qitədə digər millətlərdən fərqli olaraq üç üstünlüyü var idi. Onlardan biri alman dilinin ingilis dilinə oxşarlığı idi. Bu səbəbdən də almanlar ingilislərə yaxın xalq hesab olunurdu. Bundan əlavə, onların əksəriyyəti protestant idi.
“Dini qaçqın” olan almanlar Britaniya taxtına, ABŞ yaranandan sonra isə bu ölkəyə minnətdar idi. 1848-1849-cu illərdən sonra siyasi baxışlarına görə Almaniyanı tərk edən inqilabçılar da (o cümlədən ABŞ-ın gələcək daxili işlər naziri Karl Şurts) yeni vətənlərindən çox razı idilər. “Yadınızdan çıxarmayın ki, əksəriyyətimizin Avropada nə evimiz, nə də digər əmlakımız yox idi, bəzilərimiz isə ağır ehtiyac içində yaşayırdıq. Unutmayın ki, biz burda çox yumşaq və xeyirxah hökumət tapmışıq”, – bunu Cermantaunadan olan alman naşir Kristof Zauer öz həmyerlilərinə deyirdi.
Antialman isteriyası
Digər qrup mühacirlərdən fərqli olaraq almanlar üçün ingilis dili ABŞ-da adaptasiya olunmaq üçün daha asan idi. Məhz buna görə onların yeni vətənlərinin bütün ərazilərinə yayılıb. 20-ci əsrin əvvələrində almanlar Birləşmiş Ştatların bütün ərazilərində ən böyük və ən yaxşı təşkilatlanmış xarici diasporu yaratdılar. Diaspor üzvləri öz qəzetlərini nəşr edir və fəal mədəni həyat sürürdü. Bununla belə almanlar özlərini əsl amerikalı kimi hiss edirdi.
Tarixçi Con Xayemin sonralar 20-ci əsrin “kollektiv assimilyasiyasın ən qeyri-adi vəziyyəti” adlandırdığı hadisə böyük siyasətin nəticəsi idi. Ikinci dünya müharibəsi gedişində alman əsilli amerikalılar yeni vətənlərinə sadiqliklərini sübut etməli və köhnə vətənlərinə qarşı vuruşmalı olurdu. Xüsusən də Birinci Dünya Müharibəsi zamanı onlar əsl antialman isteriyasına qarşı müqavimət göstərməli oldu. O zaman ABŞ-ın 26 ştatında alman dilinin istifadə olunması qadağan edilmişdi.
Ancaq alman mühacirlərinin nəslindən olanlar özlərini yaxşı amerikalı kimi təqdim edə bildi və qısa müddət ərzində öz milli fonklorundan imtina etdilər. Üçüncü reyxdə faşistlərin vəhşilikləri isə onların tarixi vətənləri ilə emosional bağlılıqlarını tamamilə qırdı.
Bunun əvəzində alman əsillilər anqlosaksların ən yaxın tərəfdaşı oldu və Birləşmiş Ştatlarda məhz ingilis, ağ və protestant mədəniyyətinin dominant olması üçün əllərindən gələni etdilər.
Fizzə