Bu gün Bakı Apellyasiya Məhkəməsində “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin apellyasiya şikayətinə baxılıb.
Prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib. Apellyasiya şikayəti həmin qərardan verilib.
P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsində P.Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. (APA)