Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova yeni açılan “Aura” musiqi studiyasında 10 yaşından yuxarı istedadlı uşaqlara musiqi dərsi verəcək.
Sənətçi dərs verməklə kifayətlənməyəcək, eləcə də onlara prodüserlik edəcək. Bu barədə Lent.az-a Aybəniz Haşımova məlumat verib: “Studiyanın nəzdində fəaliyyətimiz olacaq. “Bülbüllər” kimi istedadlı gənclərdən ibarət qrup yaratmaq fikrindəyəm. Elə “Bülbüllər” özləri də bu studiyada fəaliyyətlərini davam etdirəcək. Gənclər üçün mahnılar yazılacaq, albom çıxarılacaq”.
Müğənni istedadlı gənclərin solo fəaliyyətlə də məşğul ola biləcəyini deyib.