“Talış Diasporu” Cəmil Həsənliyə səs verməyə çağırdı

Rusiyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarından biri – Talış Diasporu Təşkilatı 9 oktyabr seçkisilə bağlı ölkə seçicilərinə müraciət edib. Müraciəti təşkilatın sədri İsmayıl Şabanov imzalayıb. Müraciətdə deyilir:
“Əziz dostlar və həmvətənlər. Oktyabrın 9-da Vətənimizdə prezident seçkiləri günüdür. Bu gün xalqımızın ən azı növbəti 5 il üçün taleyi müəyyən ediləcək. Seçən sizsiniz. Həmən gün siz sadəcə prezident seçməyəcəksiniz, həm də öz taleyinizin üzərində sərəncam verərəcəksiniz. Seçim çətin deyil. O, haqla batil, zülmkarla zülmə məruz qalan arasındadır.
Əziz həmvətənlər, belə bir məsuliyyətli gündə sizi düzgün seçim etməyə, haqqın yanında olmaqla Cəmil Həsənliyə səs verməyə çağırıram! Təkcə səs verməkə iş bitmir. Səslərinizi sayanların əksəriyyəti qəflətdədir və onlar hər cür saxtakarlığa hazırdır. Ona görə hər biriniz səsinizi qorumaq üçün axıra qədər mübarizəyə hazır olmalısınız.
Səs verin və səsinizi rəsmiləşdirmə yolu ilə tanıtdırın. Özünüzü, dövlətimizi və Vətənimizi xilas edin!
Əminəm ki, Azərbaycan xalqı Kufə əhli deyil və Cəmil müəllimi meydanda tənha buraxmayacaq!