Azər Xəlilovun Çingiz Şəfiyevə yaxın adam olduğu deyilir
Şəmkir hərbi birləşməsində fövqəladə hadisə baş verib. Bu yaxınlara kimi hərbi birləşmənin məsul vəzifələrindən birində çalışan polkovnik-leytenant Azər Xəlil oğlu Hüseynov özünə qəsd edib. Xəlilov ağır vəziyyətdə Gəncə şəhərindəki hərbi hospitala çatdırılib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirib.
Bu barədə məlumatı “milaz” saytı gizli saxladığı hərbi mənbələrə istinadən yayıb. Saytın yazdığına görə, Azər Xəlilov hərbi birləşmədə bu birləşmənin küçmiş komandiri Çingiz Şəfiyevdən sonra aparılan yoxlamalar nəticəsində korrupsiya və rüşvət hallarında təqsirli bilinib. Məlumata görə, Xəlilov Şəfiyevin yaxın adamı olub. O, hərbi birləşmədə baş verənlərdən məlumatlı şəxs kimi intihara cəhd edib.
Xatırladaq ki, Çingiz Şəfiyev fevralın 20-də Şəmkir korpusunun komandiri vəzifəsindən orada 7 əsgərin güllələnməsi ilə baş vermiş insidentə görə azad edilib. Eyni zamanda onun hərbi rütbəsi bir pillə aşağı endirilib. Ç. Şəfiyevin yerinə isə Bakı hərbi birləşməsinin komandiri olmuş, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov təyin olunub.