1.Prezidentliyə adaylar arasında debat başladı. Bəlli olduğu kimi, adaylar sıralamasında Zahid Oruc birinci, Cəmil Həsənli sonuncudur. Zahid Oruc adına oynanan oyunun nə oyun olduğu bizə çoxdan bəlli idi. Sağ olsun, özü də bizi çox gözlətmədi – çıxışına başlayan kimi öz dililə kimə, nəyə qulluq etdiyini açıb ortaya qoydu. Bu adam “ulu öndərə”, onun kursuna bağlı olduğunu deyir. Bu adam belə deyir, ancaq “ulu öndərin” yerini, kursunu tapşırıb getdiyi oğul Əliyev atasının yerini necə gərəyincə tutursa, kursunu da eləcə gərəyincə sürdürür. Başqa cür desək, atadanqalma diktarura rejimi – antixalq hakimiyəti olduğundan da artıq qorunub saxlanır. Belədə Zahid Oruc kimi uşaq-muşağa nə gərək? Başlıcası “ulu öndər” rejimini qoruyub saxlamaqdırsa, oğul Əliyev hələlik bu “müqəddəs” işin öhdəsindən yetərincə gələ bilir. Demək, Zahid Oruc karikaturadır. Üstəlik, hakimiyətin ona necə imza toplaması ilə bağlı bilgilər var. BƏSDIR!
2.Ilham Əliyev debata gəlmədi. Niyəsi bəllidir: 10 illik hakimiyəti boyunca gerçək XALQ qarşılaşmasından boyun qaçıran bu adam 20 illik antixalq rejimlərinə görə gerçəkdən-gerçəyə Xalqla üz-üzə gəlməyə qorxur. Debatda Xalq professor Cəmil Həsənli idi. O isə sözünü birbaşa dedi: “Azərbaycan vətəndaşı 200 dollar əməkhaqqı alır. Bu qədər neft pulları gəldiyi halda, niyə millətimiz bu qədər yoxsuldur? Ona görə ki, Azərbaycanda korrupsiya hökm sürür. Korrupsiyaya qarşı mübarizə ona görə nəticə vermir ki, bu korrupsiyanın başında birbaşa respublikanın prezidenti Ilham Əiyev dayanır”. BƏSDIR!
3.Iqbal Ağazadə – bu adama ayrılan rol, verilən ustanovka bütünlüklə başqadır: ütülü sözlər, ütülü ideyalar, ütülü davranış normaları. Kütlə, başlıcası da rejimə çox gərəkli regional kütlə səni sevəcək, sənə inanacaq. Rejimə də sən daha çox bu baxımdan, bəlli regionu əldə saxlamaq baxımından gərəklisən. Gər səslə, inamlı tonla diktəyə uyğun sözünü de, get: illüziya yarat – gerçək, kəsərli lider illüziyası. BƏSDIR!
4.Ilyas Ismayılov – ağsaqqal general. O gərək bu seçkiyə qatılmayaydı. Iş elə gətirib, bu seçki sıradan bir seçki deyil. Başqa cür desək, bu seçki hakimiyət uğrunda seçki deyil, Əliyevlərin qiyam yoluyla ələ keçirdikləri, 20 ildən bəri yeraltı-yerüstü var-yatırına təkbaşına yiyələndikləri, rüşvəti-korrupsiyanı-oğurluğu-soyğunçuluğu-monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirməklə, bütünlüklə IŞĞAL zonasına dönüşdürdükləri Azərbaycan uğrunda savaşdır! General, özü də sovet dönəmində yetişmiş general bu gerçəyi hamıdan artıq görüb dəyərləndirməli idi. Ilkin debatdan generalın partiyasının neytrallıq taktikasını seçdiyi görünür. Bu, hakimiyətlə müxalifət arasında neytrallıq kimi dəyərləndirilə bilər. Başqa, xalqa yaxın bir rejimdə belə neytrallığın yeri ola bilərdi, indilikdə yeri yoxdur. Xalqla hakimiyət arasında dərin uçurum yaranan yerdə iki variantdan birini seçməlisən: ya Xalq, ya hakimiyət. BƏSDIR!
5.Hafiz Hacıyav. Bəsdir!
6.Fərəc Quliyev – rejimin sonalayıb seçdiyi keçmiş AXC lideri. Hansısa nədənlərə bağlı eskalator bioqrafiyalı birisi. BƏSDIR!
7.Sərdar Cəlaloğlu – bir az həkim, bir az politik, bir az filosof, bir az da prezidentliyə aday. BƏSDIR!
8.Araz Əlizadə – patoloji demaqogiya yolçusu. Illərlə saymazcasına qarşısındakı güzgüyə tüpürən birisi. BƏSDIR!
9.Qüdrət Həsənquliyev – rejimin “ev tapşırıqlarını” uğurla yerinə yetirən prezident təqaüdçüsü. BƏSDIR!
10.Cəmil Həsənli – IŞĞAL rejiminə uğrayan Azərbaycanı bu rejimdən qurtuluşa yüklənməklə önə çəkilmiş aralıq-keçid lideri. Bəlli olduğu kimi, belə liderlərin uğuru özlərindən qat-qat artıq arxalarında dayanan BIRLIYƏ – Milli Gücə bağlıdır. Bu seçkidə onun – Yeni Azərbaycan tarixinə start verəcək Cəmil Həsənlinin – başlıca missiyası Xalqın adından IŞĞAL rejiminə bunu deməkdir: BƏSDIR!