YAP-ın orqanı keçmiş səfiri ermənipərəst adlandırdı
ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Kozlariçə qarşı Azərbaycan hakimiyyətinin başlatdığı kampaniya davam edir. Səbəb isə Riçard Kozlariçin Azərbaycanla bağlı tutduğu mövqedir. Keçmiş səfir bir qədər əvvəl ABŞ hakimiyyəti Azərbaycanla bağlı da Misirdəki eyni mövqeyi tutmağa çağırmışdı. Riçard Kozlariçin bu çağırışından dərhal sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) orqanı olan “Yeni Azərbaycan” qəzeti keçmiş səfiri hədəfə aldı. Ardınca YAP-çı deputatlar Riçard Kozlariçin ünvanına müxtəlif ittihamlar səsləndirdi.
Bu günlərdə isə ABŞ-ın nüfuzlu “New Üork Times” qəzetində 4 səfirin müəllifiliyi ilə geniş məqalədə dərc edilib. Həmin məqalədə ABŞ Azərbaycana görə ittiham edilir. Məqalənin müəlliflərindən biri də Riçard Kozlariçdir. Yenə də “Yeni Azərbaycan”da (31 avsqut tarixli sayında) keçmiş səfir barədə ittiham dolu yazı dərc edilib. Ittihamlar dəyişməyib. Hakimiyyət ənənəvi olaraq Azərbaycanda demokratik dəyişikliklər istəyənləri erməni dəyirmanına su tökməkdə, Azərbaycan dövlətçiliyinə qarşı çıxmaqda ittiham edir. “Yeni Azərbaycan”da Riçard Kozlariçi ermənipərəsət adlandırıb. Qəzet yazır: “Yazının ermənipərəst mövqeyini göstərən başqa bir məqam Türkiyənin Ermənistanla sərhədi bağlı saxlamasının təhlükəsizlik mühitini pisləşdirməsi kimi təqdim olunmasıdır. Halbuki, əksinə, Cənubi Qafqazda təhlükəsizlik mühitini gərginləşdirən əsas amil aqressora, yəni Ermənistana lazımi beynəlxalq təzyiqin göstərilməsi əvəzinə, bəzi dövlətlərin ona siyasi, iqtisadi, hərbi dəstək verməsidir. Bu azmış kimi, yazı müəllifləri sülhün əldə olunmamasında Azərbaycan rəhbərliyini günahlandırmağa çalışırlar. Bir daha qeyd edək ki, münaqişənin 20 ildən artıqdır ki, həll olunmamasının, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin yerinə yetirilməməsinin, bölgədə müharibə təhlükəsinin yüksək olaraq qalmasının səbəbi Ermənistana lazımi beynəlxalq təzyiqin göstərilməməsidir.
Beləliklə, yazının müəlliflərindən biri kimi Riçard Kozlariçin ermənipərəstliyi aşkar surətdə özünü göstərdi. Dağlıq Qarabağın Azərbaycan xalqına məxsusluğunu və işğalı faktını şübhə altına alan bir şəxs hansı əsasla “Azərbaycanın dostu” hesab oluna bilər?”