Müğənni Röyanın qayınatası müflis oldu
2000-ci ilin əvvəllərindən Bakıda fəaliyyətə başlayan “Çudo-Peçka” mağazalar şəbəkəsi sahibinin əlindən alınıb. Bu haqda “Azadlıq”a şəbəkənin idarəetməsinə yaxın mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, bir aydan artıqdır ki, Bakıdakı 8 “Çudo-Peçka” mağazalarının hamısı sahibi Çingiz Cəlilovun sərəncamından çıxıb. Mağazalar 2 milyon manata yaxın kreditin qaytarılmaması səbəbindən girov kimi itirilib. Hazırda mağazalar “Bank Standard”ın mülkiyyətindədir.
Mənbə onu da əlavə edir ki, belə böyük biznes şəbəkəsinin girov kimi əldən çıxması Azərbaycanda ilk dəfədir.
Qeyd edək ki, Çingiz Cəlilov məşhur müğənni Röya Ayxanın qayınatasıdır.
Natiq