Vaşinqtondan hadisənin terrora oxşadığı deyildi
Almanyanın Frankfurt Hava Limanında ABŞ əsgərlərini daşıyan bir avtobusa hücum olub. Nəticədə iki nəfər dünyasını dəyişib.
Sky News kanalı ölənlərin ABŞ əsgərləri olduğunu bildirib. Anadolu agentliyi isə olayda avtobus sürücüsü ilə bir əsgərin öldüyü, iki nəfərin də yaralandığı ehtimalını səsləndirib.
BBC Avropanın ən böyük ikinci hava limanı olan Frankfurt-da 2 nömrəli terminal yaxınlığında həyata keçirilən hücumun ardından 21 yaşında bir Kosovalının həbs olunduğunu bildirib.
ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin üzvü Patrik Mihan hadisənin terrora bənzədiyini söyləyib.
Qeyd edək ki, Frankfurt bölgəsində ABŞ-ın çoxlu sayda hərbi bazası var və buradan Afganistan və İraqdakı əməliyyatlara dəstək təşlkil olunur.