Mənsur Cabrayılov: “Hazırda haqq uğrunda dönməz mübarizə aparan ən güclü partiya AXCP-dir”
VİP Siyasi Şurasının üzvləri Elman Qasımlı və Mənsur Cabrayılov partiyanın siyasi xəttinə etiraz əlaməti olaraq istefa veriblər və sonrakı fəaliyyətlərini AXCP-də davam etdirmək qərarına gəliblər. “Azadlıq”ın əməkdaşı ilə söhbətlərində sabiq VİP-çilər məhz AXCP-yə üz tutmalarının səbəblərindən danışıblar.
“Azərbaycanda hakimiyyətə qarşı ciddi mübarizəni məhz AXCP sədri Əli Kərimli aparır”
Elman Qasımlı: “AXCP-yə üz tutmağımın səbəbi çox sadədir. Hələ sabiq sədrimiz Əli Əliyev də bildirirdi ki, Azərbaycanda hakimiyyətə qarşı ciddi mübarizəni məhz AXCP sədri Əli Kərimli aparır. Mən də hesab edirəm ki, Əli Kərimli bu gün üçün müxalifətdə ən güclü və işini bilən siyasətçidir. Məhz Əli bəyin prinsipial mövqeyi və AXCP-nin mübariz xətt tutması mənim seçimimə təsir edən faktorlardır”.
Mənsur Cabrayılov: “1988-ci ildən Xalq Hərəkatının aktiv iştirakçısı olmuşam. Hər zaman demokratiya uğrunda mübarizədə fəal iştiraka çalışmışam. Siyasi fəaliyyətimi AXCP-də davam etdirmək qərarım da təsadüfi deyil. Hazırkı dönəm üçün haqq uğrunda dönməz mübarizə aparan ən güclü müxalifət partiyası AXCP-dir”.
Hikmət