“Dedilər ki, cibə narkotik atmaq əvvəllər idi…”
Narkotik maddə qəbul etməkdə şərlənərək həbs olunan AXCP fəalı Cabbar Savalanlının anası Təravət xanım Daxili İşlər Nazirliyinə çağırılıb.
Martın 1-də gecə saaatlarında onlara zəng edən DİN yetkilisi martın 2-i saat 10.00-da DİN inzibati binasında olmağı xahiş edib. Savalanlının anasına bildiriblər ki, bu çağırış Cabbarla bağlı etdikləri şikayətə görədir.
Təravət xanım “Azadlıq”a görüş barədə məlumat verib: “Məni orada nazirliyin müstəntiqi Emin Şərifzadə qəbul etdi. Cabbarın işi ilə maraqlandı. Mən bir daha bildirdim ki, oğlum nəinki narkotik istifadəçisidir, heç siqaret də çəkmir. Mənim oğlumun cibinə narkotik ataraq həsb sediblər. Nazirliyin işçisi isə mənə dedi ki, cibə narkotik atmaqla həbs etmək əvvəl idi. İndi belə şey yoxdur”.
Təravət xanım bildirib ki, ona qarşı nazirlikdə çox kobud davranıblar: “Müstəntiq otaqda siqarət çəkirdi. Ayağını da ayağının üstünə aşırmışdı. Mən ona bildirdim ki, siqaretin tüstüsündən boğuluram, heç olmasa qapını açın. O, buna məhəl qoymadı”.
Sonda isə Təravət xanıma deyiblər ki, Cabbarın işini araşdıracaqlar.
Elmin
***
Cabbar Savalanlının anası DİN-ə çağırıldı
Nazirlik yetkilisi dəvəti dövlət orqanlarına şikayətlə əlaqələdirib
Narkotik maddə qəbul etməkdə şərlənərək həbs olunan AXCP fəalı Cabbar Savalanlının anası Dİ N-ə çağırılıb. Bu barədə “Azadlıq”a Cabbarın anası məlumat verib. Onun sözlərinə görə dünən gecə saaatlartında onlara zəng edən DİN yetkilisi bu gün saat 10.00-da DİN inzibati binasında olmağı xahiş edib. Zəng edən şəxs onu da bildirib ki, bu çağırış Cabbarın valideyinlərinin şikayətinə görədir. Xatırladaq ki, Cabbarın Savalanlının anası Obudsman və digər dövlət qrumlarına bu işləbağlı müraciət edib.
Xəbər xidməti