AXCP Ali Məslisi Rəyasət Heyətinin dünən növbəti toplantısı keçirilib. Rəyasət Heyəti Ictimai Palatanın kütləvi aksiyaların başlanmasına hazırlıqla bağlı qərarını müzakirə edərək, aksiyaların təşkili ilə bağlı geniş proqram qəbul edib.
Rayon təşkilatlarında genişləndirilmiş iclaslar keçirilməsinin davam etdirilməsi və hazırlıqları tam başa çatdırandan sonra mitinq məsələsinin Müsavat Partiyası ilə və Ictimai Palatada müzakirəyə çıxarılması qərara alınıb. RH növbəti 10 gündə partiyanın genişləndirilmiş müşavirəsinin keçirilməsi barədə də qərar verib.
İnformasiya şöbəsi