Azərbaycanın Ziyalılar Formunu keçmiş millət vəkili Gültəkin Hacıbəyli ilə bağlı bəyanat verib. Bu barədə Modern.az saytına Ziyalılar Forumunun Koordinasiya Şurasının üzvü, kinossenarist Eldəniz Quliyev məlumat verib.
Ziyalılar Forumunun bəyanatında qeyd edilir:
“Ziyalılar Formu təsisçilərindən olan, parlaq ziyalı xanım Gültəkin Hacıbəyliyə qarşı aparılan şər-böhtan kampaniyasına kəskin şəkildə öz etirazını bildirir. Gültəkin Hacıbəyli millətin fəxr elədiyi, hər zaman işıq saçan nadir şəxsiyyətlərdəndir. O, ziyalı insan bədənli mələkdir. Ona belə qərəzlə yanaşanları Allah təala özü cəzalandırır”.
Bəyanatda Gültəkin Hacıbəyliyə qarşı başlanan kampaniyanın jurnalist Eynulla Fətullayev tərəfindən təşkil olunduğu bildirilib.
“Eynulla Fətullayevin Gültəkin xanımla bağlı yazısını birmənalı olaraq sifarişli hesab edirik. Bu hərəkətlər heç kimə başucalığı gətirməyəcək”.