«Ölkə ona atasından miras qalıb»
Türkiyənin “Hürriyət” qəzetinin köşə yazarı Yılmaz Özdil ötəngünkü məqaləsində diktatorlardan bəhs edib. Y.Özdil diktatorların əksəriyyətinin bioqrafiyasında güc strukturlarının, xüsusilə də təhlükəsizlik orqanlarının önəmli yer tutduğunu yazıb.
O, yazısında 10-a yaxın diktatorun – Mübarəkin, Bərzaninin, Tələbaninin, Əsədin, Əhmədinejatın və Putinin adını çəkib və onların hakimiyyətə necə gəlməsini göstərib.
Yılmaz diktatorların sırasına Azərbaycan prezidenti Ilham Əliyevin də adını qoşub: “Əliyev – ölkə ona atasından miras qalıb. Atası KQB generalıydı”.
Yılmaz Özdil “Hürriyət” qəzetinin ən çox oxunan yazarıdır. Onun “Facebook” şəbəkəsindəki səhifəsini 138 min nəfər izləyir.
Elmin