Etibar Pirverdiyevin yaxın vaxtlarda işdən çıxarılacağı bildirilir
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayev “Azərsu”dan sonra “Azərenerji”ni də nəzarətinə keçirmək istəyir. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Rövnəq Abdullayev bayraq meydanı ilə bağlı baş verən hadisədən sonra daha da ruhlanıb.
Bayraq meydanının tikintisi “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevə tapşırılmışdı. Lakin sonradan bəlli oldu ki,”Azərenerji”nin rəhbəri ona göstərilən etimadı doğrultmayıb. Bayraq meydanının açılışından bir gün sonra bayrağın cırılması, bir neçə həftə əvvəl isə qüllənin əyilməsi “yuxarılar”da ciddi narazılığa səbəb olub. Baş verənlərdən sonra Etibar Pirverdiyevin tutduğu vəzifədən azad edilməsi gündəmə gəlib. Rövnəq Abdullayev də bu ərəfədə “Azəriqaz” və “Azərsu” kimi “Azərenerji”ni də ələ keçirmək üçün fəaliyyətə başlayıb. Məlumatlarda bildirilir ki, yaxın günlərdə Etibar Pirverdiyevin tutduğu vəzifədən azad ediləcəyi gözlənilir. Bu baş verəndən sonra “Azərenerji” ARDNŞ-in tərkibinə keçəcək.
İnformasiya şöbəsi