Bakı Metropolitenində səhər saatlarında vaqonların hərəkətində ciddi problemlər yaranıb. Trend-in hadisə yerində olan əməkdaşının məlumata görə, vaqonların hərəkət qrafiki pozulduğundan, stansiyalarda sərnişin sıxlığı yaranıb.
Bakı Metropolitenindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səhər saatlarında qatarların ləngimələrinə səbəb “28 May” stansiyasında maşınist kranında baş verən nazasılıq olub.
Maşinist kranı vaqonun əyləc sistemini idarə edən qurğudur.
“Metroda müşahidə olunan ləngimə “28 May” stansiyasında vaqonların birində kran maşinistinin ilişməsi ilə əlaqədardır”,-deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda qəzanın başvermə səbəbləri araşdırılır və problem aradan qaldırılır.
***
Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Dərnəgül” -“Həzi Aslanov” istiqamətində qatarların hərəkətində 40-45 dəqqəlik gecikmə olub.
SalamNews xəbər verir ki, səhər saat 08:20-08:55 radələrində Bakı Metropoliteninin “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” və “28 may” stansiyaları arasında qatar təqribən 20-25 dəqiqə tuneldə qalıb. Belə ki, minlərlə sərnişin sözü gedən stansiyalarda gözləyib. Qatarlarda sərnişin sıxlığı səbəbindən bəzi insanların səhətində problem yaranıb.
Metropolitenin baş mühəndisi Fuad Tağızadə müxbirimizə bildirib ki, ilkin ehtimala görə, “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində qatarların hərəkətində problemin səbəbi “28 may” stansiyasındakı maşınları hərəkətə gətirə bilən qurğuda baş verən nasazlıqla əlaqədardır. Hazırda mütəxxəsislər Depoya cəlb olunublar. İctimaiyyətə ətraflı məlumat veriləcək.
Onun sözlərinə görə, saat 11:00-dək qatarlar tam qrafiklə işləyəcək. Hazırda qatarların hərəkəti bərpa olunub və problem yoxdur. Ola bilər ki, hərəkət cədvəlində müəyyən dəyişiklik olsun. Bu, həmin vaxta kimi tam qaydasına düşəcək.