Türkiyə prezidenti Abdulla Gülün İrana səfəri zamanı qalmaqal yaşanıb. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, səfər zamanı Prezident Administrasiyasının baş katibi Mustafa İsenin sürücüsü Tehranda vəhşicəsinə döyülüb.
Hadisə iranlıların Misir xalqına dəstək göstərmək məqsədi ilə keçirdirkləri nümayiş zamanı Tehrandakı kitab mağazasının qarşısında baş verib. Belə ki, aksiyaya toplaşanların qarşısını almaq üçün İranın hüquq-mühafizə orqanlarının əməkdaşları Musfata İsenin olduğu mağazaya yaxınlaşıb. Elə həmin vaxt yerli hüquq-mühafizə orqanlarının əməkdaşları çöldə İseni gözləyən sürücünü döyüb, aksiyanın şəkillərini çəkməyə çalışan bir nəfət Türkiyə vətəndaşını isə həbs edib. Türkiyə nümayəndə heyəti üzvlərinin vəsiqələrini təqdim etməklərinə baxmayaraq, mağazaya dolan polislər onları mağazadan çölə çıxarıb. Ancaq Türkiyə tərəfinin məsələyə qarışması nəticəsində həbs edilən türk 24 saatdan sonra sərbəst buraxılıb.