Rober Koptaş Xocalı hadisəsini insanlıq faciəsi adlandırıb
Türkiyədə çap olunan ermənidilli “Aqos” qəzetinin redaktoru Rober Koptaş erməniləri Xocalı faciəsinə görə, məsuliyyəti öz üzərlərinə götürməyə çağırıb. ANS PRESS-in məlumatına görə, özünün “Xocalıya görə məsuliyyət” məqaləsində redaktor Xocalı soyqırımından yazaraq hadisəni insanlıq faciəsi adlandırıb.
Rober Koptaş Xocalı faciəsini müharibənin “qaranlıq məqamlara” aid edilməli olduğunu hesab edib. “Əgər ermənilər özlərini soyqırıma məruz qalmış xalq hesab edirlərsə onlar məsuliyyətdən boyun qaçırmamalı, Xocalı faciəsi ilə bağlı susmamalıdırlar. Türkiyədə yaşayan ermənilər bu faciə haqqında hələ çox şeyi bilməlidirlər”, – deyə Rober Koptaş öz məqaləsində yazıb.