Əliyevin mühafizəçisi ilə bağlı videonun stenoqramı «Azadlıq»da
Xəbər verdiyimiz kimi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin arxivindən daha bir video yayılıb. Bu dəfəki videonu sabq rektorun qardaşı Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi ictimailəşdirib. Videoda Elşad Abdullayev və qardaşı Eldəniz Abdullayevin Ilham Əliyevin mühafizə xidmətinin əməkdaşı Səftər Kələntərovla söhbəti əks olunub. Videonun stenoqramını bəzi ixtisarlarla təqdim edirik:
Mahir Abdullayev Çeçenistandadır
E.A : Eldəniz mənə dünən dedi, gedirəm şəklini gətirməyə.
S.K: 10 gündür bura zəng edirəm, sizə düşə bilmirəm. Qurana and olsun burdakı nömrələrin hamısına zəng vurmuşuq. O gün Şahin müəllimi tutmuşdular da, sizi gözləyirdik ki, kasetə baxaq.
E.A: Ciddi deyirsiz?
S.K.: Anam ölsün, qardaşım ölsün, iki balam var, onlar ölsün yalan deyirəmsə
E.A: Telefonunu ver bura, mikrafonundan qulaq asırlar (telefonu kənara qoyur). O kəkilli oğlanın adı nəydi?
S.K: Sahib. Elşad müəllim Şahini yaxşı tanıyırsız da?
E.A: Şahini? 2 dəfə görüşmüşəm.
S.K: Birinci gün Natiq uçmalıdı Leninqrada. Dedim Eldəniz, Elşad müəllim yoxdusa burda maşını qoyuruq……… saat doqquz tamamda onu Leninqradda gözləyirdilər, ordan o “zapiska”nı götürüb gəlməliydi bura, sizilə bərabər qol-qola girməliydi getməliydiz ora. Qardaşınız Mahiri görməlisiz ondan sonra pulu verməlisiz. Qurana and olsun Natiq özü də gəlməliydi bura.
E.A: Natiq bizim qardaşımızdı.
S.K: Bəli, bu ciddi işdi.
E.A: Bu ciddi işdi ancaq siz buna ciddi iş kimi yanaşmırsız, axı. Qardaş, bu ciddi məsələdi
S.K: 3130343 kimin nömrəsidi.
E.A: Köməkçimin
S.K: Elşad müəllim üzr istəyirəm, qurban olum bir dənə soruşun görək sizinlə görüşən günün sabahısı məndən sizə neçə dəfə zəng gəlib? 3959525-dən. Bir də Yasinin nömrəsindən. (E.A yazır) Soruşun görün sizə bu nömrələrdən neçə dəfə zəng gəlib? Bax Qurana and olsun bu nömrəyə 50 dəfə zəng eləmişəm.
E.A: Bu məsələ çox ciddi məsələdi. Vallah, siz elə bir vəziyyət yaradırsız ki, adam sizi ciddi başa düşə bilmir. Bura bax, burada Leninqradlıq nə var? Bu iş Bakıda həll olunmur?
S.K: Bakıda həll olunmur. Bunların əsası ordadı. Deyirlər ordan “zapiska” gətirsin.
E.A: Getsin gətirsin də.
S.K: Anamın canı üçün, qardaşlarımın canı üçün pulu yoxdu. Gedək maşını “zaloq” qoyaq
E.A: Natiqə lazımdı pul?
S.K: Hə
E.A: Nə qədər lazımdı ona pul?
S.K: Dedi heç olmasa 3 min.
E.A: Mən Natiqə 20 min dollar pul vermişəm də. Sahiblə Natiqə 20 min vermişəm. Çağır gəlsinlər soruşaq. Onlara mən pul vermişəm, bunlar bizi dolayıblar nədi, nə hesab edirlər? Eldəniz bunu bilmir, bilsə onların anasını ağladar. Söhbət ikimizin arasında qalsın. Gedib soruşa da bilərsən. Mən bu məsələ ilə bağlı bu günə kimi Natiqə 20 min dollar pul vermişəm.
S.K: Sahibə?
E.A: Hə, saçlı oğlana. Bu barədə sənə nəsə deyib?
S.K: Yox. Nə vaxt vermisiz?
E.A: Dedilər gedirik Leninqrada, 3-4 ay bundan qabaq. Bunlar zarafat eləyirlər, nə edirlər?
S.K: (söyüş söyür).. Mən bunlardan gözləyirəm, eləyərlər.
E.A: Mən hüquq elmləri doktoruyam, qanun var, qayda var.. 12 il, 15 il oturdaram içəridə, heç vaxt da altından çıxa bilməz.
S.K: Natiq deyir gedirəm Leninqrada, 3 günə qayıdıram.
E.A: Yox, getsinlər, mən pulumu vermişəm. 20 min dollar vermişəm.. Neçə günə qayıdacaq?
S.K: 3 günə.
E.A: Gedib “zapiska” gətirəcək? Nə qədər pul lazımdı?
S.K: 3 günə. 3 min dollar
E.A: Sən arxayınsan bunlara?
S.K: Mən arxayınam.
E.A: Mən bunlara bir həftə vaxt verəcəm. 3 min dollar da pul verəcəm sənə. Bunlar vaxtında gəlməsələr səndən 30 min dollar alacam.
S.K: Mən razıyam.
E.A: 10 gündən sonra gəlməsələr, səndən 30 min dollar pul alacam
S.K: Mən girirəm bunun altına. Allah qoysa bu gedir qayıdır. Qayıdandan sonra oturursan kabinetdə, mən də otururam. Sən, mən, bir də Yasin. Qardaşlarının da, qohumlarının da hamısı yığılsın bura, hamısı ilə Mahiri danışdıracam. Natiq getsin qayıtsın sonra.
E.A: Mahir Bakıdadı?
S.K: Yox, o yandadı?
E.A: Leninqradda?
S.K: Yox, Çeçenistanda
E.A: “Priçom” Çeçenistanda?
S.K: Mən bilmirəm, qardaş ordadı da. Bu qəqiqə Şahin də ordadı.
E.A: Şahin Çeçenistandadı?
S.K: Hə, bu dəqiqə ordadı. Şahin deyir mənə zəng eləyin, mən çıxıram.
E.A: Çeçenistanda bütün “vesli” oğlanların hamısı ilə söhbət eləmişəm mən.
S.K: Yox, Qurana and olsun yox. Bütün işlər gəlib çıxıb Şahinə. Kimə nə vermisiz ha, hamısı Şahindədi. Şahin o günləri gəlib deyir, gəlsin görüm Elşad hanı. Deyir söz məndədisə mən niyə gedib filankəsə deyirəm?! Adbaad hamısını deyir.
E.A: Nəyi deyir adbaad?
S.K: Adbaad deyib ki, kimlərə demisiz ki, qardaşımı axtarıram.
E.A: Mən qardaşımı axtarmalı deyiləm? Nə edirsiz siz?
S.K: Deyir mən çıxartmışam üzə.
E.A: Hanı?
S.K: Deyir, qıraqdakılar qələt eliyir, başını daşa döyür.
E.A: Hanı, gətir kaseti qoy ortaya.
S.K: O günləri burdaydı. Mamamın canı üçün Elşad müəllim, Qurana and olsun Elşad müəllim, balamın canı üçün, iki balamın ölmüşünə Eldəniz bizi… (söyüş söyür)
E.A: Indi Şahin burdadı?
S.K: Şahin ordadı.
E.A: Kaset hardadı?
S.K: Şahində.
E.A: Şəkil vermişdim iki dənə, şəkillər kimdədi?
S.K: Nə vermisiz hamısı Şahindədi.
E.A: Gətirsin baxaq da.
S.K: Nə vermisiz hamısı Şahindədi. Şəkillər də, kaset deyirdim ha, harda oturub, nəcədi, kasetə mənim özüm də baxmışam, iki balamın ölsün yalan deyirəmsə, mənim üçün balalarımdan əziz şey yoxdu, bax, qardaşlarımın ölmüşünə deyirəm mən özüm o kaseti görmüşəm. Şahin o gün gəlmişdi bura. Bir dənə Eldəniz demədi ki, Elşad hardasız, gəlin kasetə baxaq. Eləmədi. Eləmədi da..
E.A: Ciddi söhbət eləmirsiz axı, vallah ciddi söbhət eləmirsiz. Indi səninlə mən burda söhbət edirik, sən deyirsən ki, düş get gətir məni..(nə dediyi anlaşılmır)
S.K: Mamamın canı elədi. Qardaşlarımın canı elədi..
E.A: Indi pulu Sahib istəyir yoxsa Natiq?
S.K: Natiq
E.A: Natiqlə Sahibə bir yerdə 20 min pul vermişəm..
S.K: Burda mən idim, mən niyə bilmirdim bunu?
E.A: Işi bunlar aparırdılar.
S.K: Mən bilməmişəm.
E.A: Bir kəlmə də sənə deməyiblər?
S.K: Mamamın canı bir kəlmə də deməyiblər.
E.A: Indi ona de ki, sənə pul lazımdı getməyə, Elşad sənə verib 20 min dollar
S.K: Natiqə?
E.A: Natiqlə Sahibə. Ikisinə bir yerdə. Ikisi də deyiblər ki, başımızla cavabdehik. Sən indi onlara necə cavabdeh olursan?
S.K: Mən durub gedib onları doğrayaram.
E.A: Mən sənə ciddi deyirəm.
S.K: Mən onların başını kəsib, gedib oturarram.
E.A: Əgər onlar bu işdə ciddi deyillərsə öz taleləri ilə oynayırlar. Get kaseti gətir, de ki, Elşad müəllim kaseti gətirmişəm
Adamın nəslini deşik-deşik eləyərlər
S.K: Yox, o kasetin bura bir dəfə gəlməyini Eldəniz korladı
E.A: Eldəniz sizə necə inansın ki? Nə cür inansın? Deyiblər ki, Elşad müəllim 3 min dollar versin bizə? 20 min dollar vermişəm də. Mənim onlara borcum yoxdu, onların mənə borcu var. Dediyi şeyləri də sənin yanında demişəm ki, eləyirəm. Elədi, qardaş? Demişəm ki, gedin gətirin. Adamla nə cür danışarlar? Nə dildə danışarlar? Mən belə yaralı vəziyyətdə, əsəbi vəziyyətdə bunlar mənimlə oynayırlar.
S.K: Üzr istəyirəm Elşad müəllim siz də məni bağışlayın bunlar… (söyüş söyür)
E.A: Özün aldadır onlar, məni aldatmır. Allaha and olsun özünü aldadır. Bu adam özü özünü aldadır, məni aldatmır ki? Mahirdən çox bunlar özləri girovdular. Belə şey olmaz axı, qardaş. Kişi kimi söhbət eliyin. Mən həyatımda belə adamlar görməmişəm.
S.K: Mən bu qədər Eldənizlə dostluq eləmişəm, sizin yanınıza gəlib getmişəm “bir məmmədin” söhbətini etməmişəm. Allaha and olsun.
E.A: Qardaş, bu adamlara, Sahiblə Natiqə, mən 20 min dollar maşında pul vermişəm. Demişəm ki, qardaş bu işi bir həftəyə həll eləyin. Amma hər dəfə bir həftə, bir həftə gör neçə gün oldu. De ki, qardaş bu kişi sənə pulu verib də. Deyiblər ki, bu pul Şahinə çatacaq. Şahinə de ki, qardaş sənin pulun verilib də. Leninqrada getmək istəmirsən? Pulun verilib də.
S.K: Deyim də. Mən bunu bilmirdim Elşad müəllim.
E.A: Sən get şəkilləri, kaseti gətir qoy mənim qabağıma. Bunların pulu verilib. 20 min dollar vermişəm. Götürüb gediblər. 20 min dolara yüz dəfə Leninqrada getmək olar. Leninqrad nədir ki, 450 dollardı da.
S.K: Allah haqqı Elşad müəllim üzə çıxmır.
E.A:Üzə çıxmalıdı. Ağıllı adamdısa hörmətimizi eləyək bizi yola versin. Başqa cürə onun özünə ziyandı. Istəyir dünya çempionu olsun, “vorzakon” olsun.
S.K: Şahin Natiqlə danışanda telefonda deyib ki, get Leninqrada qayıt. Orda “zapiska” var onu götür qayıt. O gəlib sizi Mahirlə telefonda danışdırmalıdı.
E.A: Danışdır də qardaş. Üç kişiylə gəldiz, xeyir-duamızı verdik. Gətirin də.
S.K: Mən də dedim.
E.A: Bunun geci-tezi var e. Biz uşaq zadıq? Mahir özü “KQB”nin mayorudu. Mən hüquq elmləri doktoru, akademikəm. Azərbaycanda 7 kişi var, biri də mənəm. Böyük qardaşım Respublika Prokurorluğunun polkovnikidi. Bir qardaşım vergi idarəsinin rəis müavinidi. Bizdə, bizim kənddə uşaq yoxdu e.
S.K: Mən dururam gedəm, mən bunu bilmirdim. Dururam gedəm ora. Qan su yerinə indi axacaq e.
E.A: Sən öl. Elşadın canı üçün bunu heç Eldəniz də bilmir. Biz iş adamıyıq. Gündə yüz dəfə o nazir yoxdu ki, biz onunla almayaq, verməyək. Sən ona denən, ə düdük, bu sənə hər şey eləyib də, sən onu gedib nəşəyə, arağa vermisən, onun mənə nə dəxli var. Işi görməsən cəzalanacaqsan.
S.K: Yüz faiz cəzalanacaq.
E.A: Bir milyona qarant duran adam adamı deşik-deşik eləyər.
S.K: Nəslini deşik-deşik eləyərlər. Ona qarant durmağa ürək lazımdı.
Arif Paşayevlə çörək kəsmişəm
E.A: Denən a bala, ağlını başına yığ, buna gücün çatmır, bir milyona qarant duran kişiylə zarafat eləyirsən. Denən milyona qarant duran kişi kofe içər, səni məhv eləyərlər. Bizdə burda elə təlim görmüş adamlar var ki. Adamın qabırğasını çıxardarlar. Təlim görməmisən, bütün günü nəşə çəkə-çəkə gəzir, deyir lotuyam. Elə deyil axı. Bu adamlar “raşotlarını” düzgün götürməyiblər. Adama başqa şey eləyərlər. Mən qardaşımın başından keçməmişəm. Mənim böyük qardaşım da söhbətə qoşulmaq istəyir, demişəm səbr elə. Onun öz komandası var. Eldənizin öz adamları var. Amma məqsəd birdir. Məqsəd Mahirin sağ-salamat geri qayıtmasıdır. Nə cür olur mən gedib Leninqradda məhkəmə uda bilirəm, adam gətizdirə bilmirəm?! Leninqradın meri şəxsən mənim döşümə medal taxıb.
Eldəniz: Şəkilini gətirim bax
S.K: Yox inanıram. Burda xırda məsələlər olub mən bilmirdim.
E.A: Haqqım var gedəm prezidentdən xahiş eləyəm. SSRI dövlət hüquq institunun aspirantıyam. 93-cü ildə ermənilər mənim böyük qardaşımın oğlunu aparmışdılar, gedib Moskvadan gətirdim. 3 gün geciksəydim, güllələyəcəkdilər. Zəngilanın Kolanlı kəndindən aparmışdılar. 4 gün müddətinə gətirib təhvil verdilər. Hüquq elmləri doktoru, akademik adamam. Bu adamalar öz akademikinə hörmət eləmirsə, kül millətin başına. Mən özümü tərifləmək istəmirəm. Qardaş, dedin gedirəm gətirməyə, dedim get gətir.
Bu məqamda Bəylər adlı şəxs zəng edir.
E.A:
– Bəylər, yanımda adam var. Evdə ol mən sənə zəng edəcəm.
S.K: Elşad müəllim, mən niyə bu söhbətə görə bura gəldim bilmədim.
E.A: Biz kişi söhbəti elədik axı.Deyirəm bəlkə bu adamlar səni dolayırlar, bizi dolayırlar. Bu adam dil verib. Dil vermisən, başını qoymusan bıçağın altına. Qaldı bir dənəyə, işi axıra çatdır, kişi sözü vermişik eləyəcəyik. Qardaşımdan ötrü başımı da verərəm. Mən bilirəm ki, o sağ-salamatdı. Iş gecikdikcə, onların özünə ziyandı, vallah ziyandı. Axundovun elmi rəhbəri olmuşam. Onda kapitan idi. Sonra mayor, polkovnik oldu.
S.K: Mənə icazə verin 1 saata, saat yarıma bir də gəlim narahat eləyim səni.
Eldəniz; bu əclaf yaxşı uşaqdı,bunun bir yaxşı qardaşları var.
E.A: “KQB”nin naziri mənim tələbə yoldaşımdı. O günü deyir ki, məni niyə təbrik eləmirsən.
E.A: Əyyubla əmioğluyuq. Nə vaxt Əyyuba desək, bizə qoşulacaq. Qardaş mənimdi qardaş, gəlib çıxmalıdır ortalığa. Axundovda da bundan iki dənəsi, üç dənəsi var (vizitkanı göstərir).
S.K: Yox, mən başa düşürəm. Onlara elə şey verəndə gərək mən biləydim.
E.A: A kişi…
S.K: Yox eee, niyə? Mən bunu bilməliydim. Üzr istəyirəm. Onu mən tanış eləmişəm. Mən gətirmişəm. Düzdümü? Mən bunu bilməliydim də.
E.A: Mənim qardaşıma görə gəlib.
S.K: Mən bunu bilsəydim, o elə deyir indi…
E.A: Şərtivi qoymusansa əgər, iki nəfərlə get gətir.
S.K: Yox eee, pul qalsaydı, deyərdim ki, get də. Deyərdim ki, 20 dəfə Amerikaya get-gəl.
E.A: Şahinlə görüşdük. Görüşəndən on dəqiqə sonra gəliblər mənim maşınımdan götürdülər. Şahin gözlədi. Pulu Sahibə verdim, Natiq mənə dedi ki, mən “otveçat”.
S.K: Mən də bilmirdim bunu.
E.A: Mənim qardaşım deyil, qardaş? Gəlsin hörmətini də eləyirəm. Amma mənə sataşsa pis olar. Bunun balacalığına baxma (qardaşı Eldəniz Abdullayevi göstərir) Qarabağda döyüşüb. Heydər Əliyev şəxsən buna avtomat “Koloşnikov” bağışlayıb. Avtomat “Koloşnikov” kimə bağışlanır? Rəsmi sənədi də burda var. Səngərə bir dəfə gələndə bağışlayıb. Allaha and olsun, balamın canına and olsun. Belə şeylərlə zarafat etmək olmaz eee. Belə-belə gəzməklə deyil eee, qardaş canı elə deyil.
S.K: Deyirlər ilanın yerə baxanından qorxarlar.
E.A: Qardaş Arif Paşayevlə çörək kəsmişəm (vizitikanı göstərir). Köməkçisidir. Onun sözü hər yerdə eşidilir. Deyir ki, sənin xətrini çox istəyir. Mənim qayınatamla qardaşdı. Akademikdi. SSRI-nin akademikidir, Azərbaycanın yox. Deyir sənin yolunu gözləyir. Siz çaşdırdınız.
S.K: Mən bilmirəm. Mən özüm də buradan Şahinə zəng edəndən sonra qayıtdı dedi ki, yüz faiz ordadır. Dedi gedib ora, ordan götürüb gəlməlidir.
E.A: Şahinə de ki, demişdin ki, bunu ver. Kişi də verib də.
S.K: Şahin istəmişdi bunu?
E.A: Şahin məndən ayrılan kimi pul istədi. Sahibə verdim 20 mini.
S.K: Sahibə? Bunu bilmirdim. Özü də bilir də. Mənim başıma nələr gəlib. 100 dollarım da kirayə qalıb. Balamın canı üçün balam üçün kitab-dəftər almamışam.
E.A: Qardaşım deyil, edirəm də. Qardaş əlinə düşüb də qazan. Halal xoşun olsun. Get de ki, pulunu verib? Get pulunu qaytar da. Kasetini gətir.
Məleykə Abbaszadənin siyahısı
Otağa kimsə gəlir.
E.A: Guya nazirimiz bizi yığmışdı kollegiya keçirirdi. Prezidentin fərmanıyla dərslər sentyabrın 15-dən, orta məktəblər 5 gün iş həftəsinə keçir. 20 milyon dollarda kompüter verəcəm sizə.
Otağa gələn adam: Sizə də verir?
E.A: Hə bizə də düşür. Saat üçdən ordaydıq. Əslində oktyabrın 1-i olmaldır. Gürcülər sentyabrın 21-nə salıblar, Türkiyə oktyabrın 15-nə salıblar.
– Oktyabrın 1 olsa yaxşı olar.
E.A: Oktyabrın biri lap əladır. Türkiyədə rəsmi oktyabrın 15-dir. Kiprə getdim, 7 universitetin hamısında elə başlayır. Istidə çətin olur, ağıl qalmır axı başda. Qoy bir az hava sərinləşsin. Vəziyyətin zadın necədir?
– Allaha şükür yaxşıdır. Mənim bacımoğlu burada qiyabidə oxuyurdu. Hüquqda. Əslində bu il birinci kursu qurtarmalıydı. Avariyaya düşdü öldü bu yaxınlarda.
E.A: Sən Allah?
– Vallah, uşaqları qaldı, özü öldü. Maşın kredit götürmüşdü, xəşil oldu qaldı. Faciə oldu. Sonra o biri bacım oğlu vermişdi sənədləri az bal yığıb. Keçə bilmədi. Qalmışam belə. Qiyabıya zada imkan versə düzəldək.
E.A: Neçə bal yığıb?
– Azdı balı, çox olsaydı keçərdi.
E.A: Onun kağızın ver yazaq da Məleykə xanıma. Görək Məleykə xanım nə deyir. Orada da aləm qarışıb eee. 650 ballar çoxdur, qırğın qiyamətdir.
– Onları bilmirəm niyə belə etdilər. Kimin nöqsanı oldu görəsən?
E.A: Vermisiniz çıxsın getsin də.
– Maleykənin siyahısında olmayıb o adamlar ona görə başına müsibəti gətiriblər. Biabır edəcəm.
E.A: Qırğın qiyamət idi. Allaha and olsun.
– Atılmalı adamdı.
E.A: Öz-özünə qəbir qazır da. Deyir yaxşı elədim. Sən hüquqşünassan. Dedim canım üçün özün üçün qəbir qazmısan. 120 adam var. 650 bal. Qəzetdə də adı çıxıb. Hara baxırsan? Deməli işləyə bilmirsən də, səhv vermisən də. Deyir 50-ni demişəm. Məni sən imtahana buraxırsan eee. Vaqif Axundovla “KQB”nin imtahanına burax keçsin getsinlər də. Özləri polkovnik gətirib otuzdurublar bax burada. Çölə zəng eləmək olmaz imtahan qurtarana qədər. Ayın biri veririk, ayın üçü təhvil alırıq. “Vsyo” qurtardı getdi. Mən imtahana girib çıxmışam. Dedim səhv eləmisən. Bir hüquqşünas kimi deyirəm bu söhbət gedəcək. Deyir ağzımdan çıxıb. Deyirəm ağzından çxııb get ərizəni yaz çıx get. Çox böyük səhv elədi. Prezidentin yanına gediblər eee.
– Kobud səhv elədi.
E.A: Prezident də deyir ki, sənə tapşırmışam. “Normalni” elə də. Aranı niyə qarışdırısan?
– Qudurub da. O qədər qazanıb qudurub. Sabah gedərəm rayona kağız-sənədlərini gətirərəm.
E.A: Get rayona uşağın sənədlərini gətir. Sentyabrın 10-a qədər “pojalusta”. Sən bizim ən sevimli deputatımızsan, qardaşımızsan.
– Deməli, ayın 15-də Bilik Günüdür də.
E.A: Prezidentin fərmanına əsasən hə.
Həmin şəxs çıxıb gedir. Elşad Abdullayev onunla sağollaşandan sonra söhbətə davam edir…
Heydər Əliyev qardaşıma silah verib
E.A: Səftər qadan alım. Bura deputat gəlir. Bura “ministr” gəlir. A kişi, adam bir səviyyəsini gözləyər. Hər şey pulla deyil ki? Pulu da biz vermişik, şərtini qəbul etmişik, sənin iştirakınla. Nağayaraq. Qardaşımla bağlı edirəm də. Qardaşımı gətirsin ayağının altından öpəcəm. Amma eləməsə… Gör onda nə olacaq. Natiq gedir Novxanıda bağ tikir. Elə deyil eee. Adamı bilirsən nə edərlər? Tutub tökərlər içəri. Istəyirsən pulundan oğurla, istəyirsən malından. Burada söhbət ondan gedir ki, sənə etibar etmişik. Elə bildim bunlar səninlə çox yaxındır, sənə deyərlər.
S.K: Yox, yox, yox…
E.A: Məlumat verməyiblər sənə. Denən qardaş demisən veriblər də. Denən kişi gözləyir axı.
S.K: Qoy gedim sözümü deyim ona.
E.A: Eldənizə Heydər Əliyev silah verib. Bir günə canım üçün həll etdik. Mən özüm silahbazam eee. 22 dənə mənə silah bağışlayıblar. Rəsmi qeydiyyatdan keçən. Təpədən-dırnağa qədər silahdı. Səftər, mənə hörmət edənə kömək edəcəm. Natiq kimdir əə bizim qabağımızda? Yoxsa Şahin kimdir? Kimdir Şahin?
S.K: Söhbəti yox. Üzr istəyirəm.
E.A: Qardaş söz vermisən. Demisən ver, vermişəm. Gəldi dedi, sənin iştirakınla dedi, dedim başüstə. Qardaş, nağayraq, nə cür edək? Çaqqallıq eləmək lazım deyil. Gətir kaseti, 3 min yox, 5 min verək. Vermişik də. Gətirsin kaseti. Qardaşıma görə yenə verirəm. Başıma dolayıb verirəm. 3 istəmir, 5 verirəm gətirsin kaseti göstərsin.