Daxili işlər naziri vətəndaşın barmaqlarını kəlbətinin arasına qoyaraq ona işgəncə verib
Nadir Məmmədov: «Nazir məni üzümün dərisini soyacağı, dırnaqlarımı çəkəcəyi ilə hədələdi»
“Naxçıvan Daxili Işlər Nazirliyinin iş otağında, nazir Əhməd Əhmədov əlimin üç dırnağını bir-bir kəlbətinin arasına qoyaraq sıxdı. Şəxsən nazir mənə bir neçə şillə vurdu. Sonra məni üzümün dərisini soyacağı, dırnaqlarımı çəkəcəyi ilə hədələdi. Əvvəlcə, Elnur adlı bir zabit çağırdı, sonra isə hirsli halda dözməyərək bu hərəkətləri şəxsən özü etdi. Sonra, döyülməyimlə bağlı heç kimə məlumat verməməyi tapşırdılar”. Bu barədə dünən Naxçıvandan xəlvəti Bakıya gəlmiş, Naxçıvan şəhəri, Əcəmi küçəsi ev 2, mənzil 3-də yaşayan Nadir Məmmədov “Turan”a bildirib.
O, baş verənlərlə bağlı Ombudsmana və Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinə məlumat verdiyini deyib.
N.Məmmədov Daxili Işlər Nazirliyinə Naxçıvan Yol Polisi ilə bağlı şikayət etdiyinə və mətbuatda çıxış etdiyinə görə təzyiqə məruz qaldığını bildirib.
Nazir Əhməd Əhmədov
Belə ki, o, təzyiqlərlə bağlı RATI-nin Naxçıvandakı bölgə müxbirlərinə fevralın 14-də məlumat verib. N.Məmmədov bildirib ki, 2010-cu il noyabrın 7-dəÿ Naxçıvan Muxtar Respublika Ali Məclisinə seçkilər zamanıÿ 28 saylı Naxçıvan seçki dairəsində Qarabağ blokundan deputatlığa namizəd Faiz Əliyevin müşahidəçisi olduğuna görə təqib edilib və ona qarşıÿ təzyiqlər edilib. N.Məmmədovun sözlərinə görə, 13 fevral saat 10.00 radələrində Naxçıvan şəhərində onun idarə etdiyi VAZ 21-011 markalı avtomobil heç bir qayda pozuntusuna yol verilmədiyi halda DYP əməkdaşları tərəfindən saxlanılıb. Ona avtomobilin guya çirkli olduğunu əsas gətirərək, cərimə olunması üçün protokol yazılıb.
Ammaÿ protokola imza atmaqdan imtina etdiyi üçünÿ sənədləri yol polisləri tərəfindən götürülüb. “Məni polislər həmişə izləyir, nəzarətdə saxlayırlar və psixoloji təzyiqlər edirlər. Mümkün qədər qaydalara əməl etməyə çalışıram. Lakin, buna baxmayaraq, müxtəlif bəhanələrlə cərimə etmək istəyirlər. Fevralın 13-də şəxsi qara rəngli, ”Mercedes” avtomobildə dörd nəfər yol polisi əməkdaşı idarə etdiyim avtomobili saxladı. Iki nəfər avtomobillə kənara çəkilib gülərək hadisəni izlədi, digər ikisi isə mənə cərimə yazmağa çalışdı”, – deyə o, qeyd edib.
N.Məmmədov bunda öncə Qazel markalı yük maşını idarə edir və mağazalara yük daşıyırmış. Onun idarə etdiyi avtomobil seçkilərdən sonra, bir qayda olaraq, yol polisləri tərəfindən saxlanılıb və müxtəlif məbləğlərdə cərimə ödəməsi tələb edilib. O, yol polisinin hərəkətlərindən Naxçıvan Daxili Işlər Nazirliyinə, Naxçıvan prokurorluğuna şikayət edib. Bundan sonra, Daxili Işlər Nazirliyinin yüksək rəsmiləri N.Məmmədovu qəbul edib və hadisənin baş verməsi ilə bağlı ondan izahat alıb və araşdırma aparıb.
Baş verənlərlə bağlı Naxçıvan Daxili Işlər Nazirliyindən məlumat almaq mümkün olmayıb. “Biz o adamı tanımırıq. Dediklərinin isə hər-hansı əsası yoxdur”, – deyə Naxçıvan Daxili Işlər Nazirliyinin rəsmisi “Turan”a bildirib.