Dünən Cəlilabad Rayon Təhsil şöbəsinin müdiri Ədalət Əsgərov vəzifəsindən azad olunub. Səbəb kimi Hesablama Palatasının Təhsil Şöbəsində apardığı yoxlama zamanı külli miqdarda Dövlət əmlakının mənimsənilməsi və korrupsiya hallarının mövcudluğunun aşkarlanması gostərilir. Məlumata görə məbləğin 300 min manatdan yüksək olduğu deyilir.
Bu məsələ ilə Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinin araşdırması gözlənilir.
Qeyd edək ki, AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin evinin qarşısında aksiya təşkil olunmasında Ədalət Əsgərovun xüsusi rolu var idi. Ədalət Əsgərov müəllimləri yığıb müxalifətçinin evi qarşısında aksiya keçirmiş, daha sonra onu işdən azad etdirmişdi (elitar.az).