«Avro-2» standartı Ziya Məmmədov, Aydın Əliyev və Ramiz Həsənovu üz-üzə qoyub
Avtomobillərin “Avro-2″ standartına uyğunluğunu yoxlamaq üçün Bakıda və ölkənin müxtəlif bölgələrində 9 laboratoriyanın yaradılması nəzərdə tutulur. Lakin indidən üç məmur arasında bu laboratoriyalara nəzarət uğrunda mübarizə başlayıb.
Bu məmurlar nəqliyyat naziri Ziya Məmmədov, dövlət gömrük komitəsinin sədri Aydın Əliyev və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovdur. Hər üç məmur hesab edir ki, laboratoriyalara onun rəhbərlik etdiyi qurum nəzarət etməlidir. Ziya Məmmədov ”Avro-2″ standartının birbaşa avtomobillərlə bağlı olduğunu əsas gətirərək belə düşünür. Aydın Əliyev isə düşünür ki, laboratoriyalar gömrük keçid məntəqələrində qurulacaqsa, birbaşa onun nəzarətinə verilməlidir. Ramiz Həsənov isə təbii ki, standartlaşma sahəsinin birbaşa ona aid olduğunu əsas gətirərək laboratoriyalara nəzarət etmək istəyir.
Adıçəkilən məmurların bu məsələyə görə mübarizəyə başlaması təbii ki, “Avro-2″ standartı adı altında yeni korrupsiya sahəsinin yaranmasıdır. Lakin bu mübarizədə məmurlardan hansının qalib gələcəyini indidən demək çətindir.
İnformasiya şöbəsi