Amerikalı Azərbaycanlılar Demokratiya Uğrunda (AZAD) təşkilatı Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Cabbar Savalanın həbsi və digər gənc fəal Bəxtiyar Hacıyevin sərbəst hərəkət etməsinə məhdudiyyətlərin qoyulması ilə əlaqədar məlumat yayıb.
Təşkilatın açıqladığı sənəddə son həbs və gənc fəalların Azərbaycanda iqtidarda olan Əliyev rejimi tərəfindən təqib edilməsi qəti pislənir.
Sənəddə deyilir ki, Yaxın Şərqdə baş vermiş son hadisələr korrupsiyalaşmış və öz xalqlarının fundamental azadlıqlarını pozan rejimlərin iddia etdiyi saxta “sabitlik” pərdəsi altında gizlənən potensial təhlükələri nümayiş etdirdi.
AZAD ABŞ-ın Azərbaycanda yeni səfiri Metyu Brayza və Dövlət Departamentinin Azərbaycan rəsmilərindən vətəndaş hüquqları fəalları, müstəqil media və siyasi müxalifət nümayəndlərinin təqib edilməsinə son qoymasını tələb etməsini istəyib. Xəbəri “Amerikanın səsi” radiosu yayıb.