Amerika Birləşmiş Ştatlarında prezident seçkiləri təkcə ABŞ-da deyil, demək olar ki, dünyada maraqla, intizarla, ümidlə gözlənilir, müxtəlif proqnozlar verilir.
Çünki bu seçkilər təkcə şəxslər-Respublikaların namizədi, Demokratların namizədi arasında deyil, iki siyasi dünya baxışı, ideya arasında gedir.
Dünyanın aparıcı tendensiyası- qloballaşma, inteqrasiya, demokratikləşmədir. ABŞ-ın Demokratlar Partiyası və onun namizədi Kamala Xarris bu tendensiyanın təmsilçisidir. Tramp mühafizəkar ideyasının, təcridləşmə siyasətinin təmsilçisi kimi çıxış edir.
Dünyada qlobal problemlərin kəskinləşməsi demokratikləşmənin genişlənməsini və surətlənməsini şərtləndirir. Dünya demokratiyanın yeni dalğasına möhtacdır.
ABŞ politoloqu Samuel Hantinqton “Demokratikləşmənin üçüncü dalğası” kitabında dünyada demokratikləşmənin 1820-1920, 1940-1960, 1970-2000-ci illər üzrə üç mərhələsini şərhini vermişdir.
S.Hantinqtonun fikrincə 1970-ci illərdən dünyada demokratiyanın inkişafının üçüncü dalğası başlanır.
Qloballaşma prosesi ölkələr arasında iqtisadi, siyasi, sosial fərqlərin silinməsini, üniversal demokratik dəyərlər və institutların yaradılmasını surətləndirir. Qloballaşma ölkələr qarşısında ciddi tələblər qoyur.
Dünyada baş verən problemlər da qlobal xarakter daşıyır və bunların həll edilməsi demokratik ölkələrinin sayının artmasını və paralel demokratik ölkələrin səylərinin birləşdirilməsini şərtləndirir.
Rusiyanın Ukrayna ərazilərini işğal etməsi və bu müharibədə demokratik ölkələrin Ukraynaya siyasi, iqtisadi, hərbi-texnki dəstəyi yeni situasiya yaradıb. Bu müharibənin Ukraynanın qələbəsi ilə başa çatması dünyada demokratikləşmənin böyük dalğasına gətirib çıxarması gözləntilərdəndir .
ABŞ-da demokratların, dünyada isə demokratik düşərgəyə məxsus ölkələrin Ukraynanı dəstəkləməsi qloballaşmanın tələbinə uyğundur.
Bu nöktəyi-nəzərdən ABŞ-da gözlənilən ideaya seçimi dünyanın inkişafında böyük təsir göstərəcəyi gözlənilir və demokratların qələbəsi demokratikləşmənin surətləndirəcək və yeni situasiya yaradacaq.
İnkişaf tendensiyası da ABŞ-da demokratların və onların namizədinin qələbəsininin real olduğunu göstərir.
Fəxrəddin Mehdi