Dağıstanda 15 polis əməkdaşı yaraqlıların hücumunun qurbanı olub, respublika rəhbəri Sergey Melikov bildirib.
Terror aktı nəticəsində Dərbənddəki pravoslav kilsəsinin keşişi Nikolay Kotelnikov da daxil olmaqla bir neçə mülki şəxs də həlak olub.
İyunun 23-ü axşam saatlarında naməlum şəxslər Dərbənddə sinaqoq və kilsəni, daha sonra Mahaçqalada dini radikallr yol polisi postuna hücum ediblər. Daha sonra atışma Dərbənddə və onun yanənda yerləşən Sergoqala kəndində baş verib.
Dağıstanda 24, 25 və 26 iyun matəm günləri elan edilib.
* * *
Terrorçular Dağıstanda kilsə və sinaqoqlara hücum edib, çoxlu sayda insan həlak olub
Bazar günü axşam saatlarında islamçı radikallar Mahaçqala və Dərbənddə kilsə və sinaqoqlara hücum edərək yandırıblar. Rəsmi məlumatlara görə 9, qeyri-rəsmi məlumatlara görə isə 20-dən çox insan həlak olub.
Bazar günü gecə yarısına olan məlumata görə, terrorçularla döyüşlər davam edib, bir neçə terrorçu və 7 polis öldürülüb.
Öldürülən terrorçulardan ikisi Dağıstan rayonlarından birinin rəhbərinin oğullarıdır.