İlham Hüseyn
Bir tərəfdə özünü yandıran qazilər, o biri tərəfdə dollar-yevro “yandıran” harınlar
Bir tərəfdə səfillərin koması, o biri tərəfdə 770 miıyonluq Bank binası
Bir tərəfdə övladına meyvə ala bilməyən valideynlər, o biri tərəfdə ölkəni meyvə kimi yeyən səlahiyyətlilər
Bir tərəfdə azadlıqda gəzən şərləyənlər, o biri tərəfdə zindana məhkum edilmiş şərlənmişlər.
Bir tərəfdə işğaldan azad edilmiş əraziləri turla gəzmək üçün pul axtaranlar, o biri tərəfdə dövlətin puluyla dünya turuna çıxanlar.
Bir tərəfdə böyüdükcə uşaqlaşan məmurlar, o biri tərəfdə böyüyə bilməyən uşaqlar.
Bir tərəfdə çörəyi dizinin üstündə olanlar, o biri tərəfdə dizində çörək yeməyə məcbur qalanlar.
Bir tərəfdə arzularının iqlimi dəyişmiş millət, o biri tərəfdə iqlimlə bağlı tədbirə hazırlaşan hökumət.
Bir tərəfdə gur işıqlar, o biri tərəfdə gur zülmət
Bir tərəfdə işığın, qazın limitini keçməmək üçün səy göstərənlər, o biri tərəfdə hüquqsuzluqda, ədalətsizlikdə, talançılıqda limit tanımayanlar.
Bir tərəfdə var olan varlılar, o biri tərəfdə yox olan yoxsullar.
Bir tərəfdə normal həyat üçün Qərbə qaçmağa can atıb, qaça bilməyənlər, o biri tərəfdə Qərbi söyə-söyə Qərbin komfortundan həzz alanlar.
Əsl “blanas siyasəti” budur….