Moskvada Tverskoy rayon məhkəməsi 30 yaşlı iranlı turist Hidari Hosiyanı Rusiya ordusunun gözdən salınması maddəsi ilə 50 min rubl (561 dollar) cərimə edib.
Onun əynində Balenciaga firmasının üzərində Ukraynanın bayrağı olan köynəyi vardı.
Astra saytı xəbər verir ki, onu iyunun 4-də Moskvanın mərkəzində gəzərkən saxlayaraq Kitay-qorod polis şöbəsinə aparıblar.
Bu köynəyin qollarında üçdişli yaba rəsmi (Ukraynanın gerbi), arxasında isə ukraynalılara köməyə çağıran şüar vardı.
Azadlıq radiosu