Qeydiyyatsız evlər, qeydiyyatsız yaşayan vətəndaşlar…
Fəxrəddin Mehdi, Hüquqşünas
Mülkiyyət hüququ insanın iqtisadi azadlığının təminatdır.. Konstitutsiyianın 29-cu maddəliyi əsasən hər kəsin mülkiyyət hüqüqu vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla görünür.
Hər kəsin mülkiyyətində daşınan və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə bilrikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir.
Daşınmaz əmlak vətəndaşların mənzil hüququ ilə bağlıdır və bu hüququ reallaşdırır. Konstitutsiyanın 43-cü mənzil hüququndan bəhs edən maddəsində göstərilir ki, dövlət yaşayış binalarının və evlərinin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirən xüsusi tədbirlər görür.
Konstitutsiyanın bu mövqeyi və tələbləri baxımından uzun illərdən ki, vətəndaşların tikib yaşadıqları fərdi yaşayış evlərinə mülkiyyət hüququna dair sənədlərini ala bilməmələrinin izahı yoxdur. Belə tikililər qanunsuz tikilir hesab edilir, bu məsələnin həll ediləcəyi ildən ilə təxilə salınır. Söhbət üç yüz mindən və ya qeyri-rəsmi mənbələrə görə daha çox fərdi yaşayış evlərindən gedir.
Bu vacib məsələnin həll edilməməsi insanların mülkiyyət hüququnu davamlı formada pozur və eyni zamanda cəmiyyətdə iqtisadi, mənzil münasibətlərinə də böyük zərər vurur.
Həm də bir sahədə insan hüququunun pozulması digər hüquq pozuntusu yaradır. Belə ki, istifadə etdiyi yaşayış evinə sərəncam hüququnu əldə edə bilməyən vətəndaşlar ev və mənzilıərinə müvafiq qeydiyyat orqanları tərəfindən yaşayış qeydiyyatına alınmırlar.
Nəticədə onların faktiki şəxsiyyət vəsiqələri səhiyyə və təhsil müəssələrində də qəbul edilmir. Səhiyyə və təhsil hüquqları pozulur.
Və nəhayət, hətta yaşayış evlərinə qeydiyyat üçün İnzibati Məhkəmələrə müraciət etdikdə məhkəmə də yayış evinin Daşınmaz Əmlakın Dövlət Reystiri xidmətində qeydiyyatı barədə sənədi olmadığından iddianı mümkünsüz hesab edir, Hüququ və məntiqi cəhətdən anlaşılmaz bir vəziyyət alınır. Vətəndaşlar uzun illərdir yaşadıqları evlərinə sahiblik edir, istifadə edir, kommunal xərclərini ödəyir, bələdiyyə vergiləri ödəyir, ancaq evlərinə sərəncam hüququ ala bilmirlər və bu münasibətlərdən yaranan digər hüquqlardan da istifadə edə bilmirlər. Bütün bu bürokratik dairənin həlli vətəndaşların yaşadıqları faktiki sahiblik və istifadə etdikləri ev və mənzillərin Daşınmaz Əmlakın Dövlət Reysrti xidmətində qeydiyyata alınmasından keçir, hansı ki, bu da həll olunur ki, olunmur…
Vətəndaşların İnzibati Məhkəmələrə iddialarının əksəriyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və adı da çox mürəkkəb olan İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Publik Hüquqi şəxslərin Ərazi İdarələrinə qarşıdır. Bunun da səbəbi qanunlardakı boşluqlar, uyğunsuzluqlar, xüsusi ilə qeyd edildiyi kimi normativ hüquqi aktların Ali qanunun – tələblərinə və Ruhuna uyğun olmamasıdır.
Konstitutsiyanın 71-ci maddəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirməsini heç kəs məhdudlaşdıra bilməz. Qanunun həmin tələbindən görünür ki, vətəndaşların mülkiyyət hüququnu, mənzil hüquqları məhdudlaşdırla bilməz. Necə ola bilərki vətəndaş ev və mənzilinə sahiblik etsin, istifadə etsin, lakin mülkiyyətinə sərəncam hüququndan məhrum olsun. Hətta özü və ailə üzvləri yaşadığı evə qeydiyyatı mümkün olmasın.
Bu xarakterli problemlərin həllində vətəndaşların özlərinin də təşəbbüskarlığı, qanun yaradıcılığında iştirakı həlledici ola bilər. Konstitutsiya qanun yaradıcılığı prosesində belə hüququ vətəndaşlara verib, lakin bu hüququn reallaşdılmasının nümunəsi yoxdur.
Konstitutsiyanın 96-ci maddəsinə görə Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Milli Məclisdə qanunvericilikdə təşəbbüs hüququ var (qanun layihələrinin və başqa məsələlərin Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ).
Müasir İnformasiya Texnologiyası bilavasitə demokratik vasitələrin istifadəsini asanlaşdırır. Çox təssüf ki, informasiya texnologiyasınin istifadəsində bayağı mövzuda “coşqunluq” edildiyi halda, böyük ictimai və faydalı məsələnin həllində susqunluq nümayiş etdirilir.
Demokratiya vətəndaşların təşəbüskarlığıdır , həm də qanunvericilk yaradıcılığındakı təşəbbüskarlğıdır. Nə qədər ki, belə təşəbbüskarlıq yoxdur, mülkiyyət hüququnun hüquqsuzluğu, qeydiyyatsız evlər, qeydiyyatsız yaşamaq problemi təccüblü deyil.