Həbsdə olan jurnalistlər və fəallar üçün kitab toplama aksiyası keçirilib. Bu barədə Turan-a aksiyanın təşkilatçılarından biri jurnalist Nicat Əmiraslanov bildirib.
Siyasi məhbusların həbsdə ehtiyaclarından biri kitab oxumaqdır. Ona görə bu aksiyanı təşkil etmək qərara alınıb. Kitab toplama aksiyası 4 və 5 fevral tarixlərində keçirilib. Təşkilatçıların sözlərinə görə, 230 kitab toplanıb.
Kitabların necə, nə vaxt və kimə çatdırılacağı hələlik məlum deyil. Penitensiar Xidmətin onları qəbul edib-etməyəcəyi də bəlli deyil.
Turan