Putin deyib ki, Ukraynada 600 min Rusiya hərbçisi var

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlar zonasında olan Rusiya hərbçilərinin 600 min nəfər olduğunu deyib.

Bu, bütün Rusiya ordusunun rəsmi sayının demək olar yarısı deməkdir və orduda müqavilə ilə xidmət edənlərin sayına uyğundur.

Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin iştirakçıları ilə görüşdə deyib ki, müharibə zonasında Rusiya ordusunun mexanizmi daimi “köklənmə” tələb edir.

O bəyan edib ki, “döyüş əməliyyatlarının meydanı böyükdür, demək olar 2 min kvadrat kilometri əhatə edir və mexanizm nəhəngdir”.

Rusiya ordusunun 45 faizi Ukraynadadır?

Putin dekabrın 1-də Rusiya ordusunun ştatlı heyətinin 130 min nəfər artırılaraq 1 milyon 320 min nəfərə çatdırılmasına dair fərman imzalamışdı.

Beləliklə onun sözlərindən belə çıxır ki, hazırda Rusiya ordusunun 45 faizi Ukraynadadır.

AzadlıqRadiosu yazır ki, həqiqi rəqəm bundan çox və ya az ola bilər, çünki ordunun ştat heyəti həmişə natamamadır.

Digər tərəfdən prezidentin dediyi rəqəm onun başqa bir fərmanı ilə səfərbər edilmiş 300 min hərbçini nəzərə almır.

Azadlıq radiosu