ABŞ dövlət katibi Antoni Blinken (Antony Blinken) noyabrın 27-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə ayrı-ayrılıqda telefonla danışıb.
Blinken Əliyevin Azərbaycanla Ermənistan arasında davamlı və ləyaqətli sülh sazişinin bağlanmasına sadiqliyini alqışlayıb. Dövlət Departamentinin sözçüsü Metyu Millerin (Matthew Miller) adından yayılmış bəyanatda belə deyilir.
“Dövlət katibi bu uzunmüddətli münaqişənin azərbaycanlılara və ermənistanlılara eyni cür yaşatdığı əziyyəti anlayaraq sülhün regionda hər kəsə verəcəyi faydanı vurğulayıb. Dövlət katibi bizim Azərbaycanla davamlı münasibətimizi müzakirə edib, son vaxtlar münasibətlərdə narahatlıq doğuran məqamlara toxunub, həmçinin əməkdaşlığı, özəlliklə də sülh prosesi ilə bağlı möhkəmləndirmək imkanlarından danışıb, yüksək səviyyədə qarşılıqlı işin vacibliyini vurğulayıb”, – açıqlamada vurğulanır.
Azadlıq radiosu