Rusiyanın Ukraynaya tammiqyaslı hücumu başlanandan bəri Ukraynanın “Avia FED Servis” şirkəti Rusiyanın aviasiya sənayesini ən azı 650 milyon rublluq (7.3 milyon dollar) ehtiyat hissələri ilə təchiz edib.
“Vajnıye istorii” və Korrupsiya və Mütəşəkkil Cinayətkarlığı Araşdırma Təşkilatının (OCCRP) birgə araşdırmasına görə 370 milyon rublluq ehtiyat hissələri bilavasitə Ukraynadan gəlib.
Jurnalistlər gömrük bəyannamələrinə görə aşkar ediblər ki, “Avia FED Servis” 2022-ci ilin fevralından 2023-cü ilin iyulunadək Xarkov maşınqayırma zavodunun məhsulu olan An-124 təyyarələrinin təmiri üçün 120 milyoin rublluq, Kiyevin Radar zavodunun istehsalı olan Ka-32 helikopterlərinin lokasiya stansiyaları üçün 67 milyoin rublluq, Ukraynanın başqa müəssisələri üçün 170 milyon rublluq ehtiyat hissələri idxal edib.
Bu da bildirilir ki, “Avia FED servis” Ukrayna məhsullarından başqa Fransa, ABŞ və Britaniyadan da ehrtiyat hissələri alıb.
Rusiyanın “Avia FED servis” şirkəti 2003-cü ildə Xarkov maşınqayırma zavodunun nümayəndəliyi kimi təsis edilib.
Hazırda bu şirkətin rəhbəri Luhanskda doğulmuş Aleksandr Reşetnikdir.
Azadlıq radiosu