Noyabrın 20-i səhər saatlarında evindən mülki geyimli şəxslərin zorla apardığı deyilən ictimai fəal Məhəmməd Kekalovun saxlandığı təsdiq edilib.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Elşad Hacıyev “Turan”a deyib ki, M.Kekalov cinayət işi ilə bağlı məsuliyyətə cəlb edilib: “Araşdırma aparılır”.
Ülvi Həsənli və Sevinc Vaqifqızı həbs ediliblər
Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsi AbzasMedianın direktoru Ülvi Həsənli haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 206.3.2-ci (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.
Ülvi Həsənli ittihamı qəbul etmir.
Artıq AbzasMedianın redaktoru Sevinc Vaqifqızı da hakim önünə çıxarılıb.
Sevinc Vaqıfqızı da həbs edilib
Noyabrın 21-də Bakının Xətai Rayon Məhkəməsində AbzasMedia-nın redaktoru Sevinc Vaqıfqızı haqqında isə 3 ay 29 gün həbs qətimkan tədbiri seçilib.
O, da Cinayət Məcəlləsinin 206.3.2-ci (Bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.
Vaqıfqızı da ittihamı qəbul etmir.
Məhkəmədən sonra müdafiə tərəfi acıqlayıb ki, qərarlardan apellyasiya şikayəti veriləcək. Vəkillərin sözlərinə görə, onlar həbslərini peşə fəaliyyətləri ilə izah ediblər.
Vəkil Elçin Sadıqovun deməsinə görə, məhkəmədə Sevinc Vaqifqızının könüllü olaraq Azərbaycana gəldiyini (o xarici ölkələrdən birində olub) və bunun nəzərə alınaraq onun haqqında həbs qətimkan tədbirinin seçilməməsini istəyiblər.
Amma vurğulandığına görə, məhkəmə müdafiə tərəfinin arqumentlərini qəbul etməyib.
Azadlıq radiosu