Mənzilində axtarış aparıldıqdan sonra Sevinc Vaqifqızı yenidən şəhər polisinə aparılıb

Bakı|/21.11.23/Turan: Noyabrın 21-də səhər tezdən “Abzas Media” internet nəşrinin baş redaktoru Sevinc Vaqifqızının mənzilində axtarış başa çatıb. Axtarışlardan sonra o, yenidən  Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Vəkil Elçin Sadıqov bildirib ki, axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməyib.

Onun sözlərinə görə, əməliyyat-istintaq tədbirləri saat 9.00-da aparılacaq.

Vaqifqızı özü bildirib ki, “bütün bu hadisələr” onun jurnalist fəaliyyəti və “Abzas Media”nın işi ilə bağlıdır.

Vaqifqızı noyabrın 21-də xaricdən gələrkən Bakı hava limanında saxlanılıb.

Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli saxlanılıb. O, xarici valyuta qaçaqmalçılığında ittiham olunub

Turan