Maliyyə professoru Fariz Hüseynli
Dünyanın ən böyük iqtisadi gücləri ABŞ, Yaponiya, İngiltərə və Çin getdikcə daha çox borc problemi ilə üzləşir. Mərkəzi Banklar faizləri artırdıqca bu borçların faiz yükü də artır. Düzdür, yatırımçılar üçün sərf edir, amma o biri tərəfdən vətəndaş və büdcə üzərində yük artır.
Bu iqtisadi güc ölkələrində faizlər qalxdıqca başqa, əsas da inkişaf etməkdə olan ölkələrin borcunun faizi də sürətlə artır. Məsələn hazırda ABŞ dövlətinin on illik borc faizi 4.7%ə, İngiltərədə 4.6%ə, Almaniyada 3%ə qalxıbsa, Türkiyədə 26%ə, Nigeriyada 15%ə, Meksikada 10%ə, Braziliyada 11.8%ə qalxıb.
Bu ölkələrdə həm də yüksək inflyasiya əhaliyə mənfi təsir edir. Gözlənilir ki, faizlər yüksələndən sonra inflyasiya düşəcək. Bu ola bilər, amma başqa tərəfdən inkişaf etmiş ölkələrin faizlərinin yüksək olması həm də onların valyutasına marağı artırır və inkişaf etməkdə olan ölkələrin valyutası düşdükcə inflyasiya təzədən artacaq.
Bəzi ölkələrə sərf edir ki, neftin, qazın və taxılın qiyməti qalxsın, amma bu dünyanın qalan hissəsinin əksinə xərclərini artırır. Bəzi ölkələr ixrac gücünə güvənir, amma bu da asılıdır başqa ölkələrin satınalma gücünə. Həm də bu böyük natarazlıq daxildə əlavə problemlər yaradır.
Bu risklər özü özünü bəsləyən mexanizmaya çevrilir, risklər artır, faiz artır, dollara yatırım artır, dollar güclənir. Əksi olanda da dollar ucuzlaşır, faizlər azalır, dollarda borclanma daha da artır.
Bütün bunların kökündə dünya ticarət və istehsalındaki qeyri-bərabərsizliklər yatır. Maliyyə kanalları da bunu izləyir. Son 30 ildə faizlərin düşməyinə öyrənmiş bir iqtisadi-maliyyə sistemi var. İndi faizlər artanda çətinlik çəkəcək. Bu vəziyyətdən qısa müddətdə çıxmaq olar amma uzun müddətdə gərək dünya ticarəti və istehlakı daha taraz olsun.