Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan rəhbəri Afiyəddin Məmmədovun həbsinə dair şikayətə baxıb.
Məmmədov sentyabrın 20-də öz evinin yaxınlığında naməlum şəxs ona hücum etdikdən sonra saxlanılıb. Lakin Məmmədovu onu bıçaqlamaqda ittiham ediblər.
Noyabrın 21-də axşam Xətai Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Məmmədova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşya ilə törədilmiş xuliqanlıq) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələrilə ittiham irəli sürülüb. Onu 8 ilə qədər həbs təhlükəsi gözləyir.
Sentyabrın 29-da Bakı Apellyasiya Məhkəməsində Məmmədov onun boynuna qoyulan cinayəti törətmədiyini bildirib. Əslində özü zərər çəkib. Zərərçəkmiş kimi tanınmış şəxs onun üzünə elə möhkəm zərbə vurub ki, iki gün Kürdəxanı İstintaq Təcridxanasında gəncin burnundan qan axıb.
Məmmədov ittihamı rədd edib və bildirib ki, onu Həmkarlar İttifaqı fəaliyyətinə görə təqib edirlər və əvvəllər də üç dəfə inzibati həbsə məruz qalıb.
Vəkil Zibeydə Sadıqova deyib ki, Məmmədovun həbsdə saxlanılması üçün heç bir əsas yoxdur, çünki istintaq fəalın günahına dair ilkin səhih sübutlar təqdim etməyib.
“Bundan əlavə, Afiyəddin Məmmədovu həbsdə saxlamadan da istintaq aparmaq olar. Onun istintaqdan yayınmaq, qaçıb gizlənmək niyyəti yoxdur”, – vəkil qeyd edib.
Ancaq Xətai Rayon Polis İdarəsinin müstəntiqi hesab edir ki, Afiyəddin Məmmədov “azadlıqda qalarsa gizlənə bilər”. Məhkəmə şikayəti təmin etməyib.
Contact.az