Ermənilərin şikayətinə görə Praqada Atatürkə abidə qoyulmayacaq – Çex mediası

Praqanın hakimiyyət orqanları Çexiya Respublikasının paytaxtında müasir Türkiyənin banisi Mustafa Kemal Atatürkə abidə qoyulmasına dair Ankaranın müraciətini rədd edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Çexiya mediasına istinadla yazır ki, bundan əvvəl ölkənin erməni icması Praqa bələdiyyəsinə şikayət məktubu yazmışdı.

Məktubda “ermənilərin və yunanların soyqırımında təqsirkar sayılan bir şəxsə” abidə qoyulmasından imtina edilməsi rica olunurdu.

Türkiyə bu payızda Respublikanın 100 illik yubileyini qeyd edəcək və Atatürkə Praqanın 6-cı rayonunda heykəl qoyulması planı da bayram tədbirlərindən biri olmalıydı.

Azadlıq radiosu