Bu gün, iyunun 6-da həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı mənzildə və Gəncə şəhərində ata evində axtarış aparıldığı bildirilir.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Onun vurğulamasına görə, B.Hacıyevin qardaşının və bəzi dostlarının da evlərində axtarış həyata keçirilir.
Vəkilin deməsinə görə, axtarış zamanı qohumlarının və dostlarının telefonları da əllərindən alınıb.
Vəkil habelə vurğulayıb ki, axtarış-götürmə tədbirləri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundovun qərarı ilə aparılır: “Vəkillərə axtarış-götürülmə hərəkətlərinin aparılması əsaslandırılmayıb. Halbuki axtarmanın nə ilə, hansı cinayət işi ilə bağlı olduğu əsaslandırılmalıdır. Bəxtiyar Hacıyev xuliqanlıqda və məhkəməyə hörmətsizlikdə təqsirləndirilir. Bununla bağlı axtarış-götürmə tədbirlərinin aparılması üçün qanunvericilikdə göstərilən əsaslar mövcud deyil. Çox güman ki, Bəxtiyar Hacıyevə yeni ittiham irəli sürmək istəyirlər”.
Azadlıq radiosu