Rusiya Müdafiə Nazirliyi mayın 23-də bəyan edib ki, Belqorod vilayətinə müdaxilə etmiş “Ukrayna birləşmələri məhv edilib”.
Məlumatda 70-dək diversantın həlak olduğu bildirilir.
Nazirlik qeyd edir ki, antiterror əməliyyatlının gedişində “aviasiya və artilleriya zərbələri, habelə qoşun birləşmələrinin fəal hərəkəti ilə diversant qruplaşmalar mühasirəyə alınıb və məhv edilib:
“Millətçilərin sağ qalanları Ukrayna ərazisinə geri oturdulub və orada onların tam ləğv edilməsi üçün atəşə tutulması davam etdirilib. 70-dən çox Ukrayna terrorçusu, dörd zirehli maşın və beş pikap məhv edilib”.
Bu arada Rusiya İstintaq Komitəsi diversiya qruplarının Belqorod vilayətinə müdaxiləsi ilə bağlı 6 maddə üzrə cinayət işləri qaldırıb.
Məlumatda deyilir ki, mayın 22-də “Ukrayna silahlı birləşmələrinin nümayəndələri Belqorod vilayətinin Qrayvoron rayonuna hücum ediblər.
İK-nın məlumatında deyilir ki, rayonun inzibati binalarını və infrastrukturu artilleriya və minaatanlardan atəşə tutublar.
Azadlıq radiosu